Həkiminizlə məsləhətləşməkdə fayda var...
İnsanlar hər zaman sağlam arıqlamağın yollarını araşdırır. Xüsusilə də qarın piylərindən tez bir zamanda xilas olmaq istəyənlər üçün xurma-qatıq diyeti ən təsirli vasitələrdən biridir. Bu diyet sayəsində metabolizmanın sürətlənməsinə görə bir həftədə 5-7 kilo arasında arıqlamaq mümkündür.
Odur ki, TurpKimi.com qarın piylərinin əridilməsində ən güclü vasitəni təqdim edir:
Qeyd edək ki, bu, Ender Saraçın ən çox müraciət edilən diyetlərindən bidiridir. Bunun üçün gün ərzində 21 ədəd xurma yeməyiniz kifayət edəcək. Hətta qəbizlik problemi olanlar üçün də bu diyet əvəzolunmazdır. Xurma lif tərkibi yüksək, qlisemik indeksi aşağı olan və uzun müddət tox tutan mükəmməl qidadır. Orta boy xurmanın kalorisi 42-dən çox olmur. Beləliklə, bu diyet zamanı gündəlik 900 kalori qəbul etmiş olacaqsınız.
XURMA DİYETİ üçün lazım olan vasitələr: xurma, qatıq, yaşıl çay və su. Gün ərzində cəmi 21 ədəd xurma yeyiləcək. 7 gün ərzində fasilə vermədən edilir. Diyetin sonunda verəcəyiniz çəki 5-7 kq arasında dəyişə bilər. Lakin diyeti tətbiq edərkən gündə ən azı 40 dəqiqə gəzmək lazımdır. Bundan başqa, bol su içməklə diyetin təsir gücünü artıra bilərsiniz.
Xurma diyetinin təsir gücünü artırmaq və kalorisini aşağı salmaq üçün 21 ədəd xurmanı bıçaqla ortadan iki yerə kəsib suya qoyun. Suda saxlanılan xurmanın laksatif, yəni bağırsaq yumşaldan, ishal yaradan təsiri artır. Beləcə tox tutma xüsusiyyəti bir neçə dəfə artmış olur. Xurma pəhrizində qəlyanaltı olmamalıdır. Yalnız davamlı su və yaşıl çay içmək olar. Belə ki, səhər yeməyində 1 kasa yağsız qatıq və 7 ədəd xurma yeyilir. Günorta yeməyində də 1 kasa qatıq və 7 ədəd xumra, həmçinin axşam yeməyində də eyni qaydada davam edirsiniz. 7-ci günün sonunda çəkinizdəki fərqi hiss edəcəksiniz.
Firuzə Alimova / TurpKimi.com
07-07-2021