Harvard Universitetinin araşdırmasına görə, havanı çirkləndirən fosil yanacaq istifadəsi 2018-ci ildə dünyadakı insanların yüzdə 18 faizinin ölümünə səbəb olub.
Dünyada insan qədər ətraf mühitə zərər verən canlı yoxdur. Bu zərər isə ekosistemi pozur. Qlobal istiləşmə başda olmaqla xeyli təhlükə ortaya çıxır. Xüsusilə plastik və fosil yanacaqlar ətraf mühitin çirklənməsinin əsas səbəblərindəndir. Fosil yanacaqlar kömür, neft və təbii qaz kimi təsnif edilir. Dünyanın fosil yanacaq ehtiyatlarının yüzdə 70-i kömür, yüzdə 14-ü neft, yüzdə 14-ü təbii qaz və yüzdə 2-si digər fosil qaynaqlarıdır. Fosil qaynaqlarının istifadəsi ətraf mühitə və yaşayış həyatına geri dönməz ziyanlar vurur.
Harvard Universitetində tamamlanan hesabata görə, 2018-ci ildə dünyadakı ölümlərin yüzdə 18 faizinə fosil yanacaq istifadəsindən havanın çirklənməsi səbəb olub.
Təfərrüatları birlikdə nəzərdən keçirək.
Kömür, neft və təbii qaz kimi qalıq yanacaqların uzun müddətdə ətraf mühitin çirklənməsinə səbəb olduğu və yaşayış həyatı üçün təhlükə yaratdığı bilinirdi. Bu yaxınlarda nəşr olunan bir araşdırma, fosil yanacaqların ətraf mühitə və yaşayış həyatına verdiyi zərərin dərəcəsini ortaya qoyub. Araşdırmalara görə, fosil yanacaqlardan havanın çirklənməsi, dünya miqyasında beşdə bir erkən ölümə səbəb olur.
Bu da kömür, neft və təbii qazın yandırılmasının sağlamlığa təsirlərinin əvvəllər düşünüləndən daha yüksək ola biləcəyini göstərir. Bu günə qədər edilən araşdırmalardan daha detallı olan hesabatda, bu günə qədər fosil yanacağı ilə əlaqəli erkən ölümlərin ən təfərrüatlı qiymətləndirməsi var. 2017-ci ildə aparılmış başqa bir araşdırmada 4.2 milyon insanın ölümünün havada uçan toz hissəcikləri, o cümlədən kənd təsərrüfatı torpaqları və meşələrin yandırılması zamanı yaranan tüstüdən qaynaqlandığı bildirilir.
Havanın çirklənməsi səbəbindən ölənlərin sayı Şərqi Asiyada daha yüksəkdir. 14 yaşdan yuxarı insanlardakı ölümlərin yüzdə 30-a qədəri bir şəkildə havanın çirklənməsi ilə əlaqədardır.
Qərb bölgələrində daha təmiz enerji mənbələrinə keçmək cəhdlərinin artmasına baxmayaraq fosil yanacaqdan ölümlər dayanmayıb. Fosil yanacağının ətraf mühiti çirkləndirməsi Avropada ölümlərin yüzdə 16-sı, Şimali Amerikada yüzdə 13-ünü təşkil edir.
Araşdırmaya görə, fosil yanacaq emissiyaları tamamilə kəsilərsə, qlobal orta ömür bir il artır. Həm də iqtisadi və səhiyyə xərclərində 2,5 trilyon dollara qədər qənaət etmək mümkün olar. ///musavat.com