Bir orqan bir həyat verəcək - Qanun qüvvəyə mindi


Öləndən sonra orqan bağışlanması üçün sənəd təsdiqləndi.

bir-orqan-bir-heyat-verecek
11.01.2024 21:54 1 dəq oxuma

Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib.

Şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir:

- ürək;

- ağciyər (ürək-ağciyər kompleksi);

- böyrəklər;

- qaraciyər;

- mədəaltı vəz;

- mədə;

- bağırsaqlar;
Ətraflı

- uşaqlıq;

- yuxarı və aşağı ətraflar;

- sümüklər;

- dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri;

- sümük iliyi;

- gözün buynuz qişası;

- kök hüceyrələri.

Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd edilməlidir.

Qeyd edək ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.