“Bircə ölümə çarəsi yoxdur” dedirdən - TURŞU


Həm özü, həm də turşusu faydalıdır...

birce-olume-caresi-yoxdur-dedirden
10.03.2022 00:04 2 dəq oxuma

Hər dərdə dəva olan və təbii antibiotik adlandırılan sarımsağın tərkibindəki vitamin və minerallarla insan orqanizminə böyük faydası var.

TurpKimi.com bildirir ki, özü ayrılıqda vacib qida qaynağı olan sarımsağın turşusu da bir o qədər faydalıdır. Orqanizmi bir çox müxtəlif vitaminlərlə təmin edən sarımsaq turşusunun evdə hazırlanması olduqca asandır. İstər evdə hazırladığınız, istərsə də mağazadan aldığınız sarımsaq turşusu həm süfrələrin, həm də damağınızın ən ləzzətli dadı olacaq.

SARIMSAQ TURŞUSUNUN FAYDALARI

- Sarımsaq turşusu dərini təmizləyir, akne və civzələrin yaranmasının qarşısını alır.

- Antioksidant xüsusiyyəti ilə immun sistemini gücləndirir və xəstəliklərdən qoruyur.

- Ağ ciyərlərdə infeksiyanın yaranmasının qarşısını alır.

- Enerji verir və buna müvafiq olaraq yağların yandırılmasını sürətləndirir.

- Ürəyi qoruyur və insult kimi sağlamlıq problemlərinə qarşı müdafiəni təmin edir.

- Həzm sistemini və bağırsaqları qoruyur.

- Mədədə meydana gələcək şişkinlik və ya köp kimi problemlərin qarşısını alır.

- Dəri, saç və gözlərin sağlamlığına yaxşı təsir edir.

- Qara ciyər infeksiyalarından qoruyur.

Mütəxəssislər dünyada ən güclü antibiotikin sarımsaq olduğunu bildirir. Ona görə də güclü immun sisteminə sahib olmaq üçün sarımsaq yeməyi olduqca vacib hesab edirlər. Bundan başqa, miqdarında yedikdə ürəyin dostu olan sarımsaq daha çox yeyildikdə təzyiq kimi ciddi problemlərə yol açır. Odur ki, sarımsaq və sarımsaq turşusu yedikdə miqdarına diqqət etmək lazımdır.

SARIMSAQ TURŞUSUNUN EVDƏ HAZIRLANMASI:

- 1 stəkan sirkə

- 8 baş sarımsaq

- Yarım çay qaşığı limon duzu

- 1 xörək qaşığı qaya duzu

- Qab dolana kimi su

Sarımsaqların başını kəsin, ancaq əsla soymayın.

Sarımsaqları bir gecə suya qoyun. Ən azı 10-12 saat suda saxlayın. Həmin müddət ərzində sarımsaqların suyunu 2-3 dəfə dəyişdirin.

Daha sonra sarımsaqları aralarında boşluq qalmadan bir bankaya yığın.

Bir kasada su, limon duzu və sirkəni qarışdırın.

Həmin qarışımı sarımsaqların üzərinə tökün və ağzına qədər suyla doldurub ağzını bağlayın.

Turşunu 20 gün sərin və qaranlıq bir yerdə saxlayın. 20-ci günün sonunda sarımsaq turşusunu yemək olar.

Firuzə Alimova / TurpKimi.com