Birinci siniflərə qeydiyyat başlayır - TARİX açıqlandı


1 həftə qaldı...

birinci-siniflere-qeydiyyat-baslayir
27.04.2022 12:45 1 dəq oxuma

Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Təhsil Nazirliyindən verilən xəbərə görə, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.

TurpKimi.com