Bitkilərin hal-əhvalını bilsəniz, danışardınızmı? - Ağıllı dibçəklər hər şeyi edir - FOTOLAR


"Mu Design" bitkilərin vəziyyətini izləməyə,  bitkiləri becərməkdən başı çıxmayanlar üçün tətbiq inkişaf etdirib. 

bitkilerin-hal-ehvalini-bilseniz-danisardinizmi
20.08.2019 22:11 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, LED ekran vasitəsi ilə bitkinin vəziyyətini idarə etmək üçün ağıllı saxsı Lua müxtəlif emojilər və üz ifadələri ilə gündəlik sizə məlumat verəcək. 

Bitkiləri saralmış yarpaqlarından başqa işarə ilə anlamaq çox çətindir.  Ancaq Lua təbiətlə insan arasındakı ünsiyyəti mümkün edir. Hazırda "Indiegogo"da  "hissləri olan ağıllı saxsı" tətbiqi üzərində iş gedir və proqramı endirmə əməliyyatından sonra istifadəçilər saxsı ya uyğun bitkilər və bitkilərə uyğun saxsılar haqqında məlumat ala bilərlər. 
 
15 fərqli ifadə ilə bitkilər və çiçəkləriniz sizinlə danışacaq
 
 
15 fərqli universal animasiyalı duyğudan ibarət kitabxanadan istifadə edərək Lua, istifadəçisinə bitkinin sağlamlığı və ümumi vəziyyətini izah edir. Həmçinin bitki yetişdirmə təcrübəsinə bir az əyləncə qataraq başqa ifadələr də istifadə edə bilər.

Artıq bitkinin yarpaqları solmadan və tökülmədən əvvəl bitkinin vəziyyətini anlaya biləssiz. Çünki, Lua LED ekranından susuzluğunu bildirmək üçün ağzı açıq və dili çöldə bir üz ifadəsi ilə sizə xəbər verəcəkdir. Digər tərəfdən, həddən artıq suya doyan bitki istifadəçilərlə xəstə emojisiylə  ünsiyyət qurur.

Əgər bitki çox uzun müddət günəş işığında qalmışsa, Lua daha çox günəş işığına məruz qalmaq istəmədiyini bir vampir üzü göstərərək ifadə edir. Luanın üz ifadəsinə baxın, vampir dişlərini gördükdə, bitkinin işığa daha çox məruz qalmaması üçün yerini dəyişdirin və evinizin kölgə olan hissəsinə yerləşdirin.
 

Həmçinin Lua QR kodunu oxuya bilməyəndə fərqli emojilər göstərə bilər.  

  Şirkət bu ağıllı dibçəkləri 111 dollara 2019-cu ilin  dekabr ayına qədər satışa çıxarmağı planlaşdırır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com