Boğazda ağrı, qaşıntı, quruluq kimi narahat edici simptomlarla üzləşə bilərsiz.
Ağrının səbəbi nə olursa-olsun bu vəziyyətə səbəb olan infeksiyanı azaldacaq və daha da irəli getməsini önləyəcək tədbirlər görmək lazımdır.
TurpKimi.com xəbər verir ki, diyetoloq Dilan Dalgıç Görücü qeyd edir ki, simptomlarından asılı olmayaraq üst tənəffüs yolu infeksiyalarında bir qidadan ibarət bəslənmədən qaçmaq lazımdır. Yetərli və balanslı bəslənmə infeksiyanın inkişaf riskini və infeksiya simptomlarının şiddətinin azalmasına kömək edir.
Boğaz ağrısının öhdəsindən gəlmək üçün mütləq bunlara əməl etmək lazımdır.
Maye istehlakı artırılmalı
Xüsusilə çox isti və çox soyuq olmayan yemək və içki istehlakı normal zamana görə daha çox artırılmalıdır. Uşaqlar üçün 5-6 stəkan, yetkinlər üçün gündə 8-10 stəkan su istehlak edilməlidir. Buna əlavə olaraq şorba, meyvə və bitki çayı kimi tənəffüs yolunu rahat hiss etdirəcək içkilərin də istehlakı olduqca əhəmiyyətlidir. İtburnu, cökə, exineziya , roybos çayı kimi bitki çayları boğaz ağrısına səbəb olan infeksiyanın qarşısını alır. Çayı hazırladıqdan sonra içinə bal əlavə oluna bilər.
(Roybos çayı qırmızı və ya qızıl çay kimi də tanınır. Cənubi Afrikada yetişən bu bitki kafeinsizdir və getdikcə faydaları insanlar tərəfindən kəşf edilir-Red)
Antioksidant vitaminlər nizamlı olaraq istehlak edilməlidir
A, C, E vitaminləri qidadan alındığında tərkibində olan müxtəlif fitokimyəvi maddələr sayəsində bədənin müqavimətini artırar və immunitet sisteminin güclənməsinə köməkçi olar. Bundan əlavə infeksiyanı yaradan bakteriyalar toxumanı zədələyir və bu toxumaların arınması və yenilənmsi üçün vitaminlər çox vacibdir.
Göyqurşağı rəngində olan bütün mövsümi tərəvəz və meyvələrdə bol miqdarda antioksidant vitamin var. Qırmızı, sarı,narıncı, yaşıl və bənövşəyi olan hər cür mövsümi meyvə və tərəvəz nizamlı olaraq istehlak edilməlidir.
C vitamini üçün; təzə qırmızı bibər, kivi, itburnu, nar, portağal, naringi, limon kimi qidalara,
A vitamini üçün; kök, balqabaq, xurma, ərik, ananas kimi sarı, narıncı və qırmızı rəngdə tərəvəz və meyvələrə,
E vitamini üçün; zeytunyağı, qoz, badam, avokado, kimi qidalara yer vermək lazımdır.
Xüsusilə tənəffüs yolu infeksiyalarında udma prosesi çətinləşir. Sərt yeməklərdən qaçmaq lazımdır. Zeytunyağı, avokado, bitki mənşəli süd məhsulları istehlakı udmağı daha da asanlaşdıra bilər.
Gündəlik selenium və sinklə zəngin qidalara mütləq yer verilməlidir
Selenium və sink də immunitet sisteminin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Bu minerallar zəngin antioksidantdırlar. Selenium quru paxlalılarda (xüsusilə yaşıl mərcimək), yumurta, balıqda; sink isə balqabaq dənəsi, tahin, ət məhsulları, pendir kimi qidalarda bol miqdarda var.
Bal, zəncəfil, sarıkök qarışığı istehlak edilməlidir
Bu üçlük qarışdırılaraq bitki çayı, ya da isti suya 1 çay qaşığı qədər əlavə olunub istehlak edilməlidir. Tərkibindəki komponentlər sayəsində tənəffüs yolları infeksiyalarına qarşı qoruyucu və yaxşılaşdırıcı təsirə maikdir.
Yetərli zülal istehlakı təmin edilməlidir
Yumurta, qatıq, quru paxlalılar və ətdən alınan zülal toxuma istehsalı və toxumaların yenidən bərpa olunmasında iştirak edir. Bədən müqavimətinin artırılması və immunitet sisteminin gücləndirilməsində də olduqca əhəmiyyətli rol oynayır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 13.03.2021