Boşanmağa aparan 5 əsas səbəb


Boşanmağa yol açan 5 əsas səbəb bunlardır:

bosanmaga-aparan-5-esas-sebeb
02.03.2022 19:48 2 dəq oxuma

TurpKimi.com Türkiyəli psixoloq Burcu Tekerin boşanmağa səbəb olan 5 əsas səbəb haqda qısa məlumatını təqdim edir:

Zamanla hər evlilikdə  problemlər yaranır. Həll yolunu tapmaq üçün əvvəlcə  problemin nə olduğunu tapmaq lazımdır. Əgər uşaqlı bir ailədirsə və evinizdə dava,  gurultu, narahat bir mühit varsa,  bu şərtlərdə sağlam uşaq böyütmək olmaz. Uşaqları travma almaqdan qorumaq lazımdır. Məqsəd bədbəxt bir evliliyi davam etdirmək deyil, bədbəxt evliliyi xoşbəxt hala gətirmək olmalıdır.  

Boşanmağa yol açan 5 əsas səbəb bunlardır:

1. Ünsiyyətin bitməsi

Bir evlilikdə ünsiyyətin bitdiyini necə bilmək olar?

Bu cütlükər bir-birləri ilə danışmağı elə də  istəmirlər. Onları görsəniz, sanki eyni evin içində iki başqa insan yaşayır deyərsiniz. Həll edilə bilməyən problemləri vardır, insanı incidən müzakirələr apararlar. Uzun müddət küsülü qalarlar. Deyilən sözləri səhv başa düşərlər və bir-birlərinə qarşı dözümsüzdürlər. Bir evlilikdə ünsiyyət bitdisə və ya bitmə nöqtəsinə gəldisə o evlilikdə problem  var deməkdir.

2. Fiziki şiddət

Bir evlilikdə fiziki şiddət varsa, o evlilik bitməli və ya şiddət sona çatmalıdır. Bəzi evliliklərdə şiddətə uğrayan tərəf "Məni çox sevir, mən üzərinə çox  getməsəm mənə belə davranmazdı" və ya "Əsəbiləşdiyində özünü idarə edə bilmir,  amma normalda çox yaxşı biridir və mənə zərər vermək istəməz"  şəklində düşüncələrlə şiddəti normallaşdıra, adiləşdirə bilərlər. 

Şiddətin bəhanəsi yoxdur. Psixoloji və ya fiziki şiddətə məruz qalan adam bir müddət sonra özünə inamını itirər və depressiyaya düşər. Bədbəxt evliliklərdə depressiyaya düşmə ehtimalı çox yüksəkdir.

3. Cinsi həyatın bitməsi

Bir evlilikdən cinsi münasibətləri  çıxsan geriyə iki yoldaş qalar. Evlilikdə cinsi həyat bitdisə və ya çox nadir halda münasibət yaşanırsa, cütlüklər bir-birləriylə yaxınlaşmaq istəmirsə,  o evlilik bitmə müddətinə doğru gedir. 
Tərəflərdən birinin istəksiz olması da problemə gətirib çıxarar. Arzulanmadığını düşünən yoldaş özünü pis hiss edə bilər. Bu da evliliklərdə bir çox problemə yol aça bilər. Cinsi problemlərin həll edilməsi evliliyin davamı üçün böyük əhəmiyyət daşıyar.

4. Aldatmaq

Cütlüklərdən biri digərini aldatdısa və aldatmağa davam edirsə, bu evlilik təməlindən sarsılıb. Sədaqətsizlik evliliyin ruhuna zidddir.  Aldatmanın davam etdiyi evliliklər, ümumiyyətlə boşanma ilə nəticələnər. 

5. Alçaltmaq, təhqir etmək və alçaldıcı tənqidlər

Bir evlilikdə alçaltma,  alçaldıcı tənqidlər varsa, o evlilikdə psixoloji şiddət var deməkdir. Tənqid edən, yoldaşını alçaldan adam etdiyi psixoloji şiddətin fərqində olmaya bilər. Çünki onun üçün bu hal normallaşır.
Davamlı olaraq alçaldılan, tənqid olunan adam isə bir müddət sonra özünü dəyərsiz hiss edər və özünə inam problemi yaşayar. Yaşadığı dəyərsizlik hissi psixoloji problemlərə yol aça bilər. Hörmətin olmadığı bir evlilik xoşbəxt evlilik ola bilməz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com