Hansı dərmanlarla birlikdə hil çayı içmək olmaz?
Boyundan böyük gücə malik olan, özünə məxsus qoxusu və dadıyla seçilən hil minerallarla zəngindir.
TurpKimi.com bildirir ki, hil (karkade) Hindistan başda olmaqla, Nepal və Malayziya kimi ölkələrdə yetişir. Yarpaqları 3-4 metrə qədər uzanan bir bitkidir. Meyvələri isə 1-2 mm uzunluğundadır.
Sağlamlığa faydaları ilə yanaşı bir çox yemək, şirniyyat və içkilərə dad vermək üçün hildən istifadə edilir. Bildiyimiz kimi Novruz şirniyyatlarından şəkərburanın içliyinə hil ədviyyatı tökülür.
- Hilin tərkibində bol miqdarda kalium, kalsium və dəmir var;
- Tərkibindəki kalium sayəsində ürək döyüntülərinin və qan təzyiqinin nəzarət altında saxlanılmasına dəstək olur;
- Ağ ciyərlərdə qan dövranını artıran hil, astma, öskürək və soyuqdəymə kimi tənəffüs problemlərinin simptomlarını azaldır;
- Tərkibindəki fosfor sayəsində mədə turşusunu tənzimləyərək həzmi asanlaşdırır;
- Artan qan şəkərini tənzimləmək üçün manqan tərkibli qidalara üstünlük vermək tövsiyyə edilir. Hilin də tərkibində yüksək miqdarda manqan olduğu üçün davamlı istifadə edildikdə qan şəkərini normallaşdırır;
- Sakitləşdirici təsirmə malikdir. Depressiya, narahatlıq, panik atak və buna bənzər psixoloji halların öhdəsindən gələ bilir. Yatmazdan əvvəl içilən hil çayı bədənin və sinir sisteminin rahatlanmasına kömək edir, stressi azaldaraq daha yaxşı yuxu gətirir;
- Orqanizmin qan axınına müsbət təsir edir, xolestrolu və buna oxşar problemləri aradan qaldırır;
- Mədə turşusunu tənzimləyir, həzmi asanlaşdırır və mədə-bağırsaqda yaranan köpün aradan qaldırılmasına müsbət təsir edir;
- Antibakterial xüsusiyyətlərə malik olduğundan, ağızda pis qoxunun yaranmasına səbəb olan bakteriyaların əmələ gəlməsinin qarşısını alır;
- Tərkibindəki A vitamini, C vitamini, kalium, kalsium, dəmir, maqnezium, fosfor və sink sayəsində əla vitamin və mineral deposudur;
- Tənəffüs sistemini rahatlaşdırır. Boğazda iltihabdan dolayı yaranan öskürəyin qarşısını alır;
- Hil adviyyatı ən yaxşı afrodizyaklardan biridir. Cinsi istəyi artırır və bununla bağlı bir çox problemləri aradan qaldırır;
- Hil çayı yüksək antioksidant tərkibi ilə orqanizmi zərərli toksinlərdən təmizləyir və immun sistemini gücləndirir.
Hil çayı necə hazırlanır?
1 çay qaşığı hil toxumunu 1 stəkan qaynadılmış suya əlavə edin. Ağzını bağlayın və 10 dəqiqə dəmləyin. Süzüldükdən sonra dadlandırmaq üçün içərisinə 1 çay qaşığı bal əlavə edə bilərsiniz. İsti halda içilməlidir.
Daha ləzzətli və faydalı bitki çayı dəmləmək üçün hil toxumlarını digər bitki çaylarına da əlavə edə bilərsiniz.
Hilin mənfi təsirləri...
Hildən davamlı və tez-tez isitifadə etdikdə öddə daşın yaranmasına səbəb ola bilər. Ödünüzlə bağlı müəyyən problemləriniz varsa, hildən çox istifadə etməmənizdə fayda var.
Bundan başqa, davamlı aspirin və antidepressant kimi dərmanlar qəbul edirsinizsə, hildən istifdə etməzdən əvvəl həkiminlə məsləhətləşin.
Firuzə Alimova / TurpKimi.com