Böyürtkənin bol olan vaxtıdır. Bol vitaminli giləmeyvədən sərinləmək üçün də istifadə edək.
Yay günlərinin ən sevilən məzəsi olan böyürtkənli dondurmanı ev şəraitində hazırlamağa başlayaq.
Dondurmanın düzgün saxlama qaydasına əməl etsəniz, dondurucuda bir neçə həftə təzə və ləzzətli qalacaq.
Lazım olanlar:
300 qram təzə böyürtkən (və ya dondurulmuş)
200 qram şəkər tozu
1 su stəkanı süd
1 su stəkanı krem qaymaq ( tam yağlı)
1 şirni qaşığı limon suyu
1 çay qaşığı vanilin (istəyə görə)
1 yemək qaşığı qarğıdalı nişastası (qatı olması üçün)
Əgər təzə böyürtkən istifadə edirsinizsə, böyürtkənləri yaxşıca yuyun və saplarını təmizləyin. Əgər dondurulmuş böyürtkən istifadə edirsinizsə, donunun açılmasını gözləyin və suyunu süzün.
Böyürtkəni blenderdən keçirdin və püre halına gətirin. Püreni süzgəcdən keçirdin, dənələrindən təmizlənsin.
Şəkər tozu və limon suyunu böyürtkən püresinə əlavə edin. Yaxşıca qarışdırın və şəkərin tamamilə əriməsini gözləyin.
Qaymaq və Südün Qarışdırılması:
Bir qabda süd və qaymağı qarışdırın. Əgər dondurmanın daha qatı olmasını istəyirsinizsə, qarğıdalı nişastasını bu qarışığa əlavə edin və qarışığı qarışdıra-qarışdıra qaynamağın gözləyin. Qaynadıqdan sonra ocağın altını söndürün və soyumağın gözləyin.
Soyuyan süd və qaymaq qarışığını böyürtkən püresinə əlavə edin və yaxşıca qarışdırın. Vanilini də əlavə edin (istəyə görə).
Qarışığı dondurma aparatına tökün və təlimatlara görə dondurun. Dondurma aparatınız yoxdursa, qarışığı geniş bir qaba tökün və 30 dəqiqədən bir qarışdıraraq dondurun. Bu dondurmanın daha da qatı olması üçündür. Bu proseduru 2-3 dəfə və ya daha artıq edə bilərsiniz.
Dondurmanı yaxşıca dondurduqdan sonra dondurucudan çıxardın və bir neçə dəqiqə gözlədin. Daha sonra dilədiyiniz kimi bəzəyə bilərsiniz.
Təkliflər:
Böyürtkənin şirinliyinə görə şəkər miqdarını nizamlaya bilərsiniz.
Dondurmanı servis edərkən təzə böyürtkən və ya nanə yarpaqları ilə bəzəyə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com