Braziliya Ciu-Citsunun yaranma TARİXİ - Adını hardan götürüb?


Unikal döyüş üslubu yaradan masterlər...

braziliya-ciu-citsunun-yaranma-tarixi
27.11.2019 23:39 2 dəq oxuma

Braziliya Ciu-Citsunun təməlini Ciqoro Kanonun tələbəsi olmuş Mitsuyo Maeda qoyub. Cüdo Ciqoro Kanon üçün təkcə döyüş sənəti olmayıb, həm də idman, insanın yaxşı fiziki formada qalmağının yolu, iradə gücünü inkişaf etdirmə üsulu və ən əsası dincliyə aparan yoldur. Zaman keçdikcə “BCC” adlandırılacaq  döyüş sənəti də özündə bu prinsipləri cəmləyib.

Gələcəkdə parterdə ən yaxşı yapon güləşçilərdən biri olacaq Mitsuyo Maeda 1904-cü ildə bütün dünyanı səyahətə çıxır. Getdiyi bütün ölkələrdə master döyüş sənətinin müxtəlif üslubları ilə məşğul olan güləşçilər, boksçular və xilaskarlar ilə döyüşlərdə iştirak edir və 1914-cü ilin noyabrında Braziliyaya gəlir.

Düşünülür ki, BCC ənənəvi yapon ciu-citsunun inkişaf etmiş versiyasıdır, hansı ki Mitsuyo Maeda onu daha da təkmilləşdirib. Lakin Maeda heç vaxt ciu-citsu öyrənməyib. Baxmayaraq ki, Kodokanda olarkən yapon ciu-citsu mənşəli cüdo təhsili alıb.

Əvvəlcə yeniyetməlik vaxtında o, sumo sənətini öyrənib. Lakin Kodokanda o, cüdo və ciu-citsunun yarışlardakı uğur hekayəsindən təsirlənərək sumonu cüdoya dəyişir və  Kanodan sirlərini öyrənməyə başlayır. Beləliklə, ölümündən 1 gün əvvəl Kodokan cüdo yarışında 7-ci olur.

Mitsuyo Maeda 1941-ci ildə vəfat edib.

NECƏ  OLDU  Kİ,  DÖYÜŞ  BCC  ADLANDIRILDI?

Maeda Yaponiyanı dərk edəndən sonra cüdo hələ də “ciu-citsu Kano” və ya “sadəcə “ciu-citsu” kimi adlandırılırdı. Yaponiyadan kənarda bu fərq çox az hiss edilirdi. Hətta cüdo və ciu-citsu arasındakı fərq cüzi olduğu üçün çox vaxt birləşdirilirdi. Beləliklə, 1914-cü ildə Maeda və Soisiro Satake Braziliyaya gələndə qəzetlər onları ciu-citsu döyüşçüsü kimi qələmə verir, baxmayaraq ki, hər iki yaponiyalı Kodokanın cüdo döyüşçüləri idi.

Hələ 1925-ci ilə qədər Yaponiya hökumətinin özü rəsmi olaraq yapon xalq məktəblərində tədris edilən döyüş  növlərinin cüdo və ya ciu-citsu olub-olmadığını tənzimləməmişdi. Braziliyada isə bu sənət hələ də ciu-citsu adlanır.

Qreysi öz döyüş sənətini yaymaq üçün ABŞ-a gələndə  artıq sistem “Braziliya ciu-citsusu” və ya “Qreysi ciu-citsusu” adlandırılırdı.

Bu döyüş sənətinə bəzən Qreysi Ciu-Citsu (GJJ) da deyilir. Lakin bu, Xorion Qreysinin adına qeydiyyata alınmış ticarət nişanıdır və müəllimlərinin öyrətdiyi üsula aiddir. Qreysinin digər ailə üzvləri isə öz üslublarını belə adlandırırlar: “Karlos Qreysi Ciu-Citsu” və ya “ “Henzo Qreysi Ciu-Citsu”, həmçinin Maçado qardaşlarının öz üslublarına verdiyi “Maçado Ciu-Citsu” (MCC) kimi... Bu döyüş üslubların hər birini yaradan müəllimlərinin özünəməxsus unikal yanaşmaları olsa da, onların əsas bazası BCC-dir.

Bu gün BCC-nin 3 əsas qolu var: Qreysi Humaita, Qreysi Barra və Karlos Qreysi Ciu-Citsu. Adları çəkilən hər qolda  Maeda cüdosu və Qreysi ailəsinin ciu-citsu sənəti var.

Firuzə Alimova / TurpKimi.com