Fiziki cəhətdən ən zəif insanın məşğul olacağı və rəqibini yenə biləcəyi idman növü haqqında...
Braziliya ciu-citsusu (BCC) döyüş sənəti və beynəlxalq döyüş idmanıdır. Döşək üzərində mübarizə aparmaq, boğucu və ağrılı fəndlərdən istifadə etmək bu idmanın əsasını təşkil edir.
Bu döyüş sənəti 20-ci əsrin əvvəllərində Kodokan cüdosundan meydana gəlib. 1882-ci ildə isə Yapon ciu-citsu məktəbinin çoxsaylı gənc şagirdləri tərəfindən könüllü şəkildə yaradılıb.
BCC döyüş sənəti fiziki cəhətdən zəif olan insanın düzgün texnikadan (ağrılı və boğucu fəndlər) istifadə edərək ən güclü rəqibinə qarşı uğurla müdafiə olunmaq və qalib gəlmək prinsipinə əsaslanır.
Braziliya ciu-citsusunu müxtəlif məqsədlər üçün öyrənmək olar: özünümüdafiə, idman, yarış və qarışıq döyüşlər üçün (MMA – Mixed Martial Arts).
Sparring (hər iki tərəfin bir-birini zədələmədən texniki və taktiki fəndlərlə inkişaf etdirməsi) və qarşılıqlı məşqlər idmanı öyrənməkdə, həmçinin yarışlara hazırlaşmaqda böyük rol oynayır.
BCC-nin ÜSLUBU
BCC rəqibi yerə yıxaraq döşək üzərində xüsusi döyüş texnikasından istifadə edərək düşmənin məğlub edilməsi üzərində ixtisaslaşıb. Bu döyüş tərzinin ağrılı və boğucu fəndləri sayəsində rəqib ya təslim olmağa məcbur edilir (ciu-citsu idmanında), ya da zərərsizləşdirilir (ciu-citsu döyüşündə). Döyək üzərində nəhəng və güclü insan belə mübarizə zamanı bir çox üstünlüklərini itirə bilir.
BCC-də rəqibin ələ keçirilməsindən sonra müxtəlif zərbələrdən istifadə olunur. Belə ki, düşmən yerə yıxıldıqdan sonra onu idarə etmək üçün çoxlu manevr və ya əks-manevrlərdən istifadə etmək mümkündür. Bu zaman ağrılı fəndlərlə rəqibi lazımi vəziyyətə gətirib onu təslim olmağa məcbur edə bilərsiniz.
BCC-nin əsas üslub prinsiplərindən biri də dominant mövqe əldə etməkdir. Döşəkdə mübarizə zamanı özünü qorumaq üçün “gözətçi” mövqeyindən, yan montaj və ya sambo terminalogiyasında “yan tutma”, montaj və ya arxadan tutmaq fəndlərindən səmərəli istifadə olunur. Bu manevr və manipulyasiya üslubu iki təcrübəli şatmahçının oynadığı şahmat oyununa bənzəyir. Yəni ağrılı fənd olan boğulma və sonradan təslim olmaq, şahmatdakı şah və matın ekvivalentidir. Bəzən döyüş zamanı bütün fəndlərin yerinə yetirilməsinə baxmayaraq, mübarizə davam edə bilər.
Mübarizə zamanı müxtəlif fazalar ayırd etmək olar: zərbələr fazası, tutmaq fazası, yerdə faza və sair. Amma ağıllı döyüşçünün əsas vəzifəsi mübarizəni öz imkanlarından istifadə edə biləcəyi mərhələdə saxlaya bilməsidir.
Firuzə Alimova / TurpKimi.com