Bronxit və miqrenin təbii müalicəsi - Öksə otunun faydaları


Necə istifadə edilir?

bronxit-ve-miqrenin-tebii-mualicesi
30.12.2022 20:11 2 dəq oxuma

Xalq arasında bürc ağacı, gökçə ağacı və ya çəkəm kimi adları olan öksə otu daha çox Türkiyə, Bolqarıstan, Albaniya, Bosniya və Türkmənistanda yetişir.

Xərçəng əleyhinə və infeksiyalara qarşı müsbət təsir edən öksə otu diabetin də qarşısını alır. Tənəffüs yolu xəstəliklərini və sinir sistemini sakitləşdirir, qan təzyiqini aşağı salır.

Öksə otu nədir?

Yabanı şəkildə bitən bir bitkidir. Ağ, şəffaf, yapışqan və yumşaq meyvələri var. Adətən meyvələri zəhərlidir və istifadə olunmur. Öksə otu yaz və payız aylarında yığılır.

Öksə otu ekstraktındakı üzvi birləşmələr və kimyəvi maddələr epilepsiya, xərçəng xəstəliyinin müalicəsində və yüksək miqdarda inyeksiya yolu ilə böyüməkdə olan şişin qarşısını almaqda istifadə olunur.

Günümüzdə də öksə otundan istifadə olunmaqdadır. Bir çox bikti ekstraktından fərqli olaraq öksə otunun istifadəsi inyeksiya şəklində olur. Lakin insanlar ondan çay şəklində də istifadə edir. Hətta bitkinin yarpaqlarından öksə otu yağı da əldə edilir.

ÖKSƏ OTUNUN FAYDALARI

1 – Qan təzyiqini aşağı salaraq, ürək-damar sistemindəki stresi, ateresklerozun (damar sərtliyi) təsirini azaldır.

2 – Boğaz ağrısı, öskürək və bronxial iltihablanmalarda narahatlığı və sıxıntını azaldır. Bu xüsusiyyətləri sayəsində öksə otu epilepsiya xəstəliyi üçün də qədimdə loğmanlar tərəfindən uzun illər dərman kimi istifadə edilmişdir.

3 – İmmun sistemini gücləndirir. Bu faydası ilə xərçəngin müalicəsində çox təsirlidir.

4 -  Antibakterial, antioksidant və antiviral xüsusiyyəti ilə orqanizm mükəmməl müdafiə sisteminə sahib olur.

5 – Şiddətli aybaşı ağrıları zamanı çay kimi istifadə edilə bilər.

6 – Vazodilatasyon (damar genişlənməsi) və miqrenə qarşı böyük təsirə malikdir.

7 – Bundan başqa, təzyiqdən qaynaqlanan baş ağrılarını tez bir zamanda aradan qaldırır. Miqren ağrılarının başlayacağını hiss etdikdə çay kimi içilsə, ağrıların təsiri minimuma enəcəkdir.

8 – Yatmazdan əvvəl içilən bir fincan öksə otu çayı əsəbləri sakitləşdirir, rahat yuxu təmin edir və tənəffüs yollarındakı çətinliyi aradan qaldırır. Beləliklə, yuxu zamanı meydana gələn xoruldama və tənəffüs pozulmaları azalır.

ÖKSƏ OTUNDAN NECƏ İSTİFADƏ EDİLİR?

Bir stəkan qaynar suyun içərisinə 1-1,5 çay qaşığı quru öksə otu atıb 5-10 dəqiqə gözləyin. Sonra süzüb içə bilərsiniz.

Digər bir üsulu belədir: 1 çay qaşığı xırdalanmış otu 1 stəkan soyuq suyun içinə atın və bir gün otaq temperaturunda saxlayın. Sonra azacıq isidərək içə bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com

05-05-2021