İlk dəfə Bakıdakı Avropa Oyunlarında olub.
2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha iki idman növünün daxil edilməsi təsdiqlənib.
Report.az Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, bunlar idman dırmanması və triatlondur.
İdman dırmanması Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından sonra III Avropa Oyunlarında da olacaq və 2024-cü il Paris olimpiadasına lisenziya xarakteri daşıyacaq.
Triatlon ilk dəfə "Bakı 2015" I Avropa Oyunlarının proqramında olsa da, 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında olmayıb.
Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi Polşadakı yarışda Bakıdakı ilə müqayisədə daha çox idmançının çıxış edəcəyini bildirib.
Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub. 2020-ci ildə açıqlanmış ilkin proqramda 23 idman növu yer alıb.
TurpKimi.com