Bu 4 vərdişi əsla ACQARINA etməyin


Xeyirli olduğunu düşündüyümüz səhv vərdişlər...

bu-4-verdisi-esla-acqarina-etmeyin
17.09.2020 21:41 2 dəq oxuma

Səhəri necə açırsınızsa, bütün gününüz elə keçəcək. Lakin gündəlik vərdişlərimiz arasında elələri var ki, onlar sağlamlığı təhlükə altında qoyur. Xüsusən də qarın ac olarkən faydalı və ya ziyanlı olacağını düşünmədən etdiyimiz 4 vərdiş bizə xoş olmayan fərqli nəticələr qazandırar.

TurpKimi.com orqanizmə ziyan olan vacib detalları təqdim edir:

QƏHVƏ İÇMƏK

Faydalı tərkibi olan və enerji verən qəhvəni ac halda içmək zərərli vərdiş ola bilər. Qəhvədəki kafein alınmış olsa da, mədənin turşuluq dərəcəsini artırır və yanma hissinin yaranmasına səbəb olur. Bu zaman seçiminizi çay ilə dəyişdirsəniz daha yaxşı olar.

MEYVƏ ŞİRƏSİ

Narıncı meyvələrin şirəsində bol miqdarda vitamin, mineral və orqanizim üçün faydalı elementlər var. Lakin bu şirələri ac halda qəbul etməyin. Çünki qastrit və ya həzm problemləri olan kəslərin mədə turşuluğunu qıcıqlandıra bilər. Yox əgər acqarına içmək istəyirsinizsə, meyvə şirələrini eyni miqdarda su ilə qarışdırın. Bu cür meyvə şirələrini daha çox səhər yeməklərində içmək lazımdır.

DƏRMAN QƏBUL ETMƏK

Ac qarına aspirin, asetaminofen və steroid olmayan anti-inflamatuar dərmanlar qəbul etmək olmaz. Bu ciddi həzm problemlərinə səbəb olur. Tərkibindəki maddələr mədə qanamasına kimi gətirib çıxarır. Bu cür dərmanların təsirini azaltmaq üçün südlə içmənizdə fayda var. Süd yoxdursa, bol su ilə qəbul edin.

İDMAN ETMƏK

Ac halda idman etmək yaxşı nəticələnməyə bilər. Çünki boş mədəyə idman etməklə daha çox kalorinin yandırılmasına inanmaq heç də düzgün fikir deyil. Yəni idman edərkən boş mədənin hansı kalorisini yandıra bilərsiniz ki?! Əksinə, əzələ kütləsini azaldacaqsınız.

Firuzə Alimova / TurpKimi.com

loading...