Hüceyrələri sərbəst radikallardan qoruyan antioksidantlar orqanizm üçün çox əhəmiyyətlidir. Bəs bizi xərçəng, ürək xəstəlikləri və diyabetdən qorumağa kömək edən antioksidantları nələrdən əldə edə bilərik?
TurpKimi.com mətbəxinizdən əskik etməyəcəyiniz antioksidantla zəngin 9 qidanı təqdim edir:
Çuğundur
Antioksidant baxımından çuğundur ən zəngin qidalardan birincisidir. Onun tərkibində orqanizmi müxtəlif xəstəliklərə qarşı qoruyan antioksidantlar var.
Çuğundurun kökündə A, B6 və C vitaminləri, kalium, maqnezium, dəmir, fol turşusu, sink, karbohidratlar, zülal və həll olunan lif var. Yaşıl yarpaqlı sapları isə C vitamini, kalsium, dəmir və maqnezium baxımından zəngindir.
Qarağat
Qarağat antioksidantların xüsusi növü olan antosiyaninlərlə zəngindir. Bundan başqa tərkibində riboflavin, folat, lif, niasin, maqnezium, kalium, mis, dəmir, sink, C və K vitaminləri və manqan var.
Yalnız ½ stəkan qarağat gün ərzində ehtiyacınız olan bütün antioksidantları sizə verə bilər. Giləmeyvə kimi yeyə, kokteyllərdə istifadə edə və şirniyyatlara vura bilərsiniz. Çoxları qarağatı taxıllı səhər yeməklərində istifadə edir.
Brokoli
Brokolinin tərkibindəki antioksidantlar lutein, zeaksantin və beta-karotenlə də zəngindir. Bu yaşıl tərəvəzdə həm də C, K və A kimi müxtəlif vitaminlər var. Lif, manqan, kalium, dəmir, folat və zülal baxımından da zəngindir.
Paxla
Ucuz və sağlam qidalardan olan paxla ən yaxşı bitki mənşəli antioksidant qaynaqlarından biridir. Qırmızı və qara paxla ən yüksək antioksidant səviyyəsinə malikdir.
Ümumiyyətlə, paxlanın hər bir növü liflə zəngindir, bu da bağırsaqda hərəkətliliyi artırır, həzmi yaxşılaşdırır.
Ənginar
Ənginar zəngin antioksidant qaynağıdır. Xüsusilə xlorogenik turşu adlı antioksidant baxımından zəngindir. Liflə çox zəngin olmaqla yanaşı tərkibində A, C, E, B və K vitaminləri, kalium, kalsium, maqnezium, dəmir, mis və fosfor var. Kalorisi isə çox azdır.
Ənginarın tərkibində olan antioksidant dəyərini itirməməsi üçün onu diqqətlə və vam odda bişirmək lazımdır. Soyutma və buğlama ənginarın antioksidant tərkibini qoruyur. Qızartmaq isə azaldır.
İspanaq
Əslində ispanaq xərçəngdən , erkən yaşlanmadan və ürək xəstəliklərindən qoruyan antioksidant beta-karotenin ən yaxşı qaynaqlarından biridir. Lütein və zeaksantin ilə də zəngindir.
İspanaq A, B2, C, E və K vitaminləri, manqan, maqnezium, dəmir, kalium, kalsium və folat kimi minerallarla da zəngindir. Lifli qida olduğundan pəhrizlərdə istifadə edilir və kalorisi aşağıdır.
Qoz
Fındıq da zəngin antioksidant qaynağıdır, lakin qoz siyahının ən üstündədir. E vitamini kimi digər antioksidantlar ehtiva edər. Bir çox əhəmiyyətli B kompleks vitaminləri, A vitamini, fol turşusu, kalsium, maqnezium, fosfor, kalium və sink baxımından zəngindir. Qoz həm də doymamış yağ və zülal qaynağıdır.
Çiyələk
Çiyələkdə olan antosiyaninlər kardiovaskulyar xəstəliyinə qarşı qoruma təmin edən antioksidantlar ehtiva edir. Çiyələk müxtəlif B vitaminləri kompleksi, C və K vitaminləri ilə zəngindir. Su tərkibi çoxdur və kalorisi aşağıdır.
Tünd şokolad
Bütün şokolad sevənlər üçün yaxşı xəbər!
Kakao ağacının toxumlarından hazırlanan piletka şokolad, antioksidantların ən yaxşı qaynaqlarından biridir. Flavonodilər və polifenollar şəklində olan antioksidantlar ürək xəstəliklərindən qoruyur.
Tünd şokoladda həll edilən lif, kalium, manqan, sink, selenium, mis, maqnezium və dəmir var. Qara şokoladın kalorisi və az miqdarda şəkərinin olduğunu düşünsək sağlam təsirindən faydalanmaq üçün yeyəcəyiniz miqdara fikir vermək lazımdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
20-09-2020