Bu adada ilk dəfə koronavirusa yoluxma qeydə alındı


Pandemiyanın yayılmasından düz iki il sonra ilk yoluxma...

bu-adada-ilk-defe-koronavirusa-yoluxma-qeyde-alindi
15.02.2022 12:47 2 dəq oxuma

Sakit Okeanın cənubunda, Yeni Zelandiya ilə azad birləşən eyniadlı arxipelaq və muxtar dövlət olan Kuk Adalarında koronavirus infeksiyasına ilk yoluxma aşkar edilib.

TurpKimi.com xəbər verir ki, bu barədə “Radio New Zealand” Baş nazir Mark Brauna istinadən məlumat verib.

Baş nazirin sözlərinə görə, xəstəliyə yoluxmuş vətəndaş fevralın 10-da Yeni Zelandiyadan gəlib.

Virusa yoluxmuş vətəndaşda diaqnoz təsdiqləndikdən o, dərhal sonra təcrid edilib, lakin bundan əvvəl bir neçə ictimai yerdə olub. "Bu işin bir hissəsi olaraq, xəstə və onun iki yoldaşında icbari təcrid əmri verilib. Onların hamısı COVID-19 üçün mənfi nəticə verənə qədər karantində qalacaqlar", - Braun deyib.

Həkimlər bilirlər ki, yoluxmuş şəxslər bir neçə bar və gecə klubuna, həmçinin bank filialına və supermarketə baş çəkiblər. Ada dövlətinin Səhiyyə Nazirliyi koronavirusa yoluxmuş şəxslə təmasda ola biləcək şəxsləri müayinəyə göndərmək üçün müəyyənləşdirir, lakin həkimlər xəbərdarlıq edir ki, ölkə, görünür, virusun geniş yayılmasına hazırlaşmalıdır.

Kuk Adalarının səlahiyyətliləri koronavirusun hansı ştamının ölkə vətəndaşında xəstəliyə səbəb olduğunu hələ deyə bilmir, çünki yoluxmuş şəxslərin test nümunələri Yeni Zelandiyaya genetik müayinəyə göndərilib. Ölkə hökuməti indiyədək ciddi sanitar məhdudiyyətlər tətbiq etməkdən çəkinib, lakin ada dövlətinin ərazisinə reyslər 7 gün müddətinə (22 fevral 2022-ci il tarixinədək) dayandırılıb.

Kuk Adalarında pandemiya zamanı bircə dəfə də olsa, koronavirus infeksiyasına yoluxma halı qeydə alınmayıb. Ölkə infeksiyadan tamamilə azad hesab edilsə də, onun səlahiyyətli şəxsləri 2021-ci ilin payızından bəri yetkin sakinlərinin 96%-dən çoxunu peyvənd etməklə aktiv peyvənd kampaniyası həyata keçirib. Ümumilikdə arxipelaqın ərazisində 13,2 min nəfər yaşayır.

Qeyd edək ki, Kuk Adaları Polineziyada Sakit Okeanın cənubunda, Yeni Zelandiya ilə azad birləşən eyniadlı arxipelaq və muxtar dövlətdir. Şimalda Kiribati suları, şərqdə Fransız Polineziyası, qərbdə Niue, Amerika Samoası, Tokelau və cənubda Sakit okean suları ilə həmsərhəddir. Kuk Adalarına 15 ada daxildir, onların 3-də yaşayış yoxdur. Şimal qrupunda 7 ada və Cənubda 8 ada yerləşir.

Report.az