Adada qadağaları yaradan səbəblər...
Dünyanın ən şimalında yerləşən Svalbardda (Şpiçberqen) iqlim dəfn mərasimləri üçün əlverişli olmadığından ölmək qadağandır.
Norveçin şimal sahillərində, qütbə ən yaxın yerdə yerləşən Svalbard arxipelaqdır.
Hətta burda yerləşən “Longyearbyen” qəsəbəsinin də qeyri-adi qadağaları var. Svalbard adalarında əhalinin ən çoxu – 2 minə yaxın insan bu qəsəbədə məskunlaşıb.
Burda evlərlə yanaşı universitet də var.
Svalbardda ilin böyük hissəsinə şaxtalı soyuq havalar hakimlik edir.
Temperatur mənfi dərəcəyə keçmədikdə isə insanların əsas qida qaynağı balıqdır.
Yay aylarında havanın maksimum temperaturu 6 dərəcə olur.
Burda həyat şəraiti normal şərtlərə cavab vermədiyi üçün qaydalar da ona görə müəyyən edilib. Ona görə də iqlim və hava şəraiti dəfn mərasi üçün əlverişli olmadığından adada ölmək qadağandır.
Əgər ölüm hadisəsi baş verərsə və ya ağır xəstələr olarsa, Norveçə aparılır.
Buranın ən ilginc daha bir qaydası odur ki, hər yerdə mütləq silahla gəzmək məcburiyyətindəsiniz. Qütb ayılarının yaşadığı bölgədə onların hücumundan qorunmaq üçün hər kəs yanında silah daşımalıdır.
Burda avtomobillərin qapılarını bağlamaq da qadağandır. Buna səbəb, qütb ayısının hücumu zamanı ən yaxında olan avtomobilə girib qoruna bilməkdir.
Yazılıb: 13.04.2020
Firuzə Alimova / TurpKimi.com