TurpKimi.com 400 qadının yaşayıb idarə etdiyi adadan maraqlı məlumatları oxucuların diqqətinə çatdırır.
Estoniyadakı bu ada yalnız qadınlar tərəfindən idarə olunur. Kişilərin olmadığı adada qadınlar hər işi görür və heç bir problemi olmadan illərdir yaşayırlar. 400 qadının yaşadığı adada kişi cinsi yox deyiləcək qədər azdır.
TurpKimi.com qadınlar tərəfindən idarə olunan Kihnu adasının güclü qadınları haqqında maraqlı məlumatları oxucularının diqqətinə çatdırır.
Estoniyanın Kihnu adlı bu adası qadınlar tərəfindən idarə olunur. Bura 2 mindən çox adası olan Estoniyanın 7-ci böyük adasıdır.
Bir çox Estoniya adası təbii halı ilə saxlanılır. Kihnu adası isə qadın sakinləri ilə məşhurdur. 19-cu əsrdə Kihnu adasında yaşayan kişilər balıq tutmaq və ovlamaq üçün adadan getməyə və evlərinə az qala aylar sonra qayıtmağa başladılar. Bu hal davam etdikcə qadınlar qollarını çirmələyib adanı idarə etməyi öz öhdəliklərinə götürdülər. 400 qadın adanın bütün idarəçiliyinə cavabdehdir və hər şeyi özləri edirlər.
Qadınlar bütün gündəlik işləri görərək həm adanı, həm də evlərini idarə edirlər. Burada yaşayan uşaqlar da məktəblərində öz dillərini və bölgəyə xas çalğı alətlərinin sirlərini öyrənirlər.
Ancaq böyük bir problemləri var, o da işsizlik. Bu səbəblə də reallaşan köç problemləri ilə qarşı-qarşıya qalırlar. Baltik dənizində olan bu kiçik ada tarixini və mədəniyyətini festivalları ilə tanıtmağı və daha çox insanın bura haqqında məlumatlı olmasını istəyir.
Bu adada qadınlar traktor təmirindən, kilsə işlərinə qədər hər şeyi özləri boynuna götürürlər. Qadınların paltarları onların evli olub-olmadıqlarını göstərən simvolları daşıyır.
Məsələn, qadın ətəyinin üzərində bir önlük varsa, o zaman o qadının evli olduğu aydın olur. Kihnuda dəqiq bir iyerarxiya hökm sürür.
Onlarda üstünlük uşaqlara, sonra cəmiyyətə, sonra kişilərə verilir. Kihnu qadınları adadan kənarda yaşayan insanlardan fərqli bir zehniyyətə, düşüncəyə sahibdirlər.
Kihnu qadınları başda uşaqlar olmaq üzrə ailə üçün hər vaxt ən yaxşısını etmək istəyir. Qadınlar hər şeyi və hər işi görə biləcək gücə sahibdilər.
Buradakı qadınlar da bunu sübut edib. Qadınlar kişilərin etdiyi hər işi edə bilər. Ada sakinləri bura hər kəsin gəlməsini istəmir. Burada yaşayan insanların həyat tərzləri ilə maraqlananların gəlməyinin tərəfdarıdırlar.
Bu adada asfalt yol yox deyiləcək qədər azdır. Ticarət mərkəzləri və bank yoxdur. İl boyunca açıq bir restoran, ya da kafe yoxdur. Adada ilk polis bölməsi 2019-cu ildə yaradılıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 22-03-2021