Balıq ən sağlam zülal qaynağıdır. Payız və qış aylarında balıqçı və bazar dəzgahlarından alınan növbənöv balıqlar süfrələrinizdə özünə yer tapır. Mütəxəssislər zəngin Omeqa 3 qaynağı olan balıqların təhlükələri haqqında xəbərdarlıq edir.
Balıq faydalıdır, bu o demək deyil ki, hər balıq faydalıdır. Okean və dəniz balıqlarında müəyyən və daha çox miqdarda civə var.
TurpKimi.com xəbər verir ki, mütəxəssislərin bildirdiklərinə görə, civə miqdarı çox olan balıq yemək gözləri yora bilər və ağciyər, böyrəkdə problemlərə səbəb olar.
Bundan əlavə balığın böyüdüyü mühit, bakteriyalar və digər faktorlar metil civəyə çevrilən civə ehtiva edə bilər və bu da yem vasitəsilə balıqlara keçər.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, "böyük bir xalq sağlamlığı problemi" kimi qəbul edilən, suda təbii halda olan civə ağciyərləri, böyrəkləri, dərini və hətta gözlərinizi hədəfə alan sağlamlıq problemlərinə yol aça bilər. Dr. Rabia Bourkizanın qeydlərinə görə, hətta civə baxımından zəngin balıqları istehlak etmək görmənin itməsinə belə səbəb ola bilər.
Lakin bütün balıqlarda zərərli elementlər yüksək miqdarda yoxdur. Dr. Bourkiza qeyd edib ki, risk nə qədər və hansı növ balıq yediyinizdən asıldır. Ümumi olaraq daha böyük və daha uzun ömürlü balıqlar həyatda qalmaq üçün digər balıqları yeyən balıqlara nisbətən ən çox civə ehtiva edər. Qılınc balığı, köpək balığı, kral skrumbiya və təzə ton balığı yüksək səviyyədə civə ehtiva edir.
Yüksək səviyyədə civə başlanğıcda özünü rəng görmə pozğunluğu ilə büruzə verir. Getdikcə görmədə bulanılıq yaranır və görmə itir. Civə, ümumiyyətlə çirkli sularda tutulan bəzi balıqlarda olur.
Toksiki zəhərlənmələrə səbəb oln bəzi növ balıqlardan mütləq uzaq durmaq lazımdır. Balığın hansı okeandan və ya dənizdən gəldiyini bilin. Karib dənizinin balıqlarında digər yerlərdə olan balıqlara nisbətən daha çox civə var.
Bu riskə baxmayaraq balıqlar böyük bir zülal, omeqa-3 yağ turşuları və müxtəlif vitaminlər qaynağı olmağa davam edir . Ona görə də həftədə 2 dəfə yemək məsləhətdir. Yeyəndə də balığın növünə və yediyiniz miqdara nəzarət edin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com