Andız bitkisi Astrakimilər fəsiləsinə aiddir, ağacının boyu 2 metrə qədər uzanır. Andızın meyvəsi çox çətinliklə toplanılır. Bütün əziyyətlərinə baxmayaraq andız bitkisi şəfa qaynağıdır.
Müalicə məqsədilə andız otunun yarpaqlarından, çiçəklərindən və kökündən istifadə edilir. Andızın tərkibi E, C, B vitaminləri, orqanik turşular, piqment, saponin, kamedi, gelenin, alkoloid, inulin, selik,psevdoinulin, efir yağları,alantol, kamfara və s. ilə zəngindir. Andız bəlğəmgətirici, bağırsaqda turşuluğun miqdarının azaldıcı, maddələr mübadiləsini yaxşılaşdırıcı, ödqovucu, sidikqovucu, antimikrob və iltihab əleyhinə təsir göstərir.
TurpKimi.com andız bəkməzinin faydalarından yazacaq.
Bəlğəm və öskürəyi azaldır, tənəffüs yolu xəstəliklərinə yaxşı təsir edir. Astma,bronxit,soyuqdəyməyə faydalıdır. Quru öskürəyi yüngülləşdirir və bəlğəmi yox edir.
Saç tökülməsi əleyhinə yaxşı təsir edir. Keçəllik başlayan yerlərdə yeni saçlar çıxardar.
Antioksidant xüsusiyyəti ilə bədəndə şişlərin yaranmasına maneə törədir. Mütəmadi istifadə zamanı bədəndən zərərli toksinləri xaric edir.
Ağız içində yaraları tez bir zamanda yaxşılaşdırır. İmmun sisteminin zəifləməsiylə yaranan ağız içi yaralarını sağaldır yenidən yaranmalarının qarşısını alır.
Böyrək daşı problemində daş salma mərhələsində təsirlidir və yeni daşların yarnmasının qarşısını alır.
Oynaq, revmatizma və sümük əriməsi zamanı yaranan ağrıları azaldır və xəstəliyin irəliləməsini dayandırır.
Qanı təmizləyir və qan yaradır. Qan əmələ gətirən və qan təmizləyici təsiri sayəsində damarlarda qan dövranını tənzimləyən Ardıc bəhməzi, ürək-damar sağlamlığını qoruyur. Mütəmadi olaraq istifadə edildikdə, damar tıxanıqlığı və infarkt riskini azaldır.
Sidik yolu infeksiyasının meydana gəlmə riskini aşağı salır. Sidik yolu infeksiyalarının daha tez sağalmasına, sidik yolu kanalının təmizlənməsinə faydalıdır.
Həzm sisteminə müsbət istiqamətdə təsir edir.
C vitamini mənbəyidir.
Allergiya və allergiyanın təsirlərindən yaranan dəri xəstəliklərinin sağalmasına kömək olur.
Bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Andız bəkməzinin dadı digər bəkməzlərə görə daha acı olsa da yüksək nisbətdə şəkər ehtiva edir.
Şəkər xəstələrinə gündə bir qaşıqdan artıq içmək olmaz. Diabet xəstələri mütləq həkimlə məsləhətləşməlidirlər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com