Elm adamlarının açıqladığı bu məlumata təəccüblənəcəksiniz.
Oxuyacağınız bu bilgilər işinizə çox yaraya bilər. Belə ki mütəxəssislər tərəfindən 50 yeniyetmə üzərində aparılan araşdırmanın nəticələri beynimizlə əlaqəli bizə bəzi ipucları verir. Baxın, görün sağ yumruğu sıxdığınız zaman beyniniz necə hərəkətə keçir?!
Yaddaşla əlaqəli araşdırmalarda beynin hər iki yarısının isitifadə edildiyi, lakin sol tərəfin yaddaşı qeyd etdiyi, sağ tərəfin isə xatırlamağa təsir etdiyi düşünülürdü.
Araşdırma belə olub:
Sağ əlindən istifadə edən 50 şagirdə əzbərləmələri üçün sözlərdən ibarət siyahı verilib. Şagirdlər 5 qrupa ayrılıb. Bir qrup əzbərləməyə başlamazdan əvvəl 90 saniyə sağ yumruğunu, sözləri xatırlamazdan əvvəl isə 90 saniyə sol yumruqlarını sıxıblar.
İkinci qrup isə eyni təcrübəni sol yumruğunu sıxaraq sınaqdan keçirib.
Digər iki qrup isə sözləri əzbərləməzdən əvvəl istədikləri əllərinin yumruqlarını sıxıblar.
5-ci qrupda olanlar isə yumruqlarını sıxmayıblar.
Siyahıdakı sözləri əzbərləməzdən əvvəl sağ yumruğunu, xatırlamazdan əvvəl isə sol yumruğunu sıxan qrupun performansının digər qruplardan daha yaxşı olduğu müşahidə edilib.
“New Jersey”dəki Montclair Universitetindən Ruth Propperin bildirdiyinə görə, araşdırma bəzi sadə bədən hərəkətlərinin beynin iş qabiliyyətinə ötəri olaraq da təsir etdiyini, yaddaşı gücləndirə biləcəyini deyib. Dr.Propper BBC-yə verdiyi açıqlamasında “bir şeyi öyrənməzdən əvvəl sağ yumruğun, xatırlayarkən isə sol yumruğun sıxılması yaddaşı gücləndirir” deyə bildirib.
Qeyd edək ki, daha əvvəlki araşdırmalarda sağ yumruğun sıxılması ilə beynin sol yarımkürəsinin, sol əlin sıxılması ilə beynin sağ yarımkürəsinin hərəkətə keçdiyi müşahidə edilib. Bu hərəkət insan duyğuları ilə də müqayisə edilib. Beləliklə sağ yumruğun xoşbətlik və qəzəblə, sol yumruğun isə üzüntü və narahatlıqla əlaqəsi olduğu diqqət çəkib.
Araşdırma PLOS ONE jurnalında dərc edilib.
Firuzə Alimova / TurpKimi.com