Dərmanlardan da güclü təsirə malik olan 5 bitki çayı.
İnsanların əksəriyyəti xəstəlik problemlərini bitki çayları ilə dəf etmək istəyir. Lakin bəzi bitki çayları qəbul edilən dərmanlarla reaksiyaya girdikdə ortaya xoşagəlməz nəticələr çıxır. Çünki qəbul edilən bəzi dərmanların gündəlik və davamlı içilən bitki çayları ilə reaksiyaya girmə təsiri var.
TurpKimi.com bildirir ki, bu barədə daxili xəstəliklər üzrə türkiyəli mütəxəssis Türkan Özer faydalı məlumatlar paylaşıb.
YAŞIL ÇAY
Yaşıl çay insanı iflic edə bilər. Çünki K vitamin ilə zəngin olan yaşıl çay qanın qatılaşmasına səbəb olur. Qanı duruldan dərmandan istifadə edən xəstələrdə isə yaşıl çay dərmanın təsirini azaldır və qanı daha da qatılaşdırır. Odur ki, qanı qatı olan insanlar yaşıl çaydan çox içsə, iflic ola bilər.
KƏKLİKOTU VƏ ADA ÇAYI
Təzyiq dərmanı içənlər kəklikotu çayı, sakitləşdirici dərman qəbul edənlər isə ada çayı içərkən diqqətli olmalıdırlar. Kəklikotu çayı təzyiqi aşağı salır. Əgər bir xəstə təzyiq dərmanı içirsə kəklikotu çayı ilə birlikdə qəbul edərkən təzyiqi daha da aşağı düşəcək. Ada çayı içənlər isə sakitləşdirici dərman qəbul edərsə, çay dərmanın təsirinin artmasına səbəb olacaq. Hamilə qadınlar üçün heç məsləhətli deyil, çünki dölün düşməsinə səbəb olur.
İTBURNU ÇAYI
Qışda itburnu çayından çox içirik. Bu çaydan çox içdikdə allergik reaksiyalara səbəb olur.
EKİNEZİYA ÇAYI
Bu çay qara ciyərdən xarıc olan çaydır. Ona görə də hamiləlik əleyhinə, xolestrol dərmanı kimi qara ciyərdən atılan dərmanlardan istifadə edən xəstələrə mənfi təsir edə bilər. Az miqdarda içmək lazımdır. Bu çaydan çox istifadə dərmanların orqanizmdə mənfi reaksiyasına səbəb olacaq.
Firuzə Alimova / TurpKimi.com
Yazılıb: 21-05-2020