Ginkqo Biloba, Türkiyədə Mabet ağacı da adlandırırlar. Saysız-hesabsız faydaları olan bu bitki Allahın insanlara bəxş etdiyi möcüzələrdən biridir.
TurpKimi.com ginkqo çayının faydaları, şəfası haqqında yazacaq:
Ginkgo ağacları çox uzunömürlüdür. Müxtəlif növləri var. Azərbaycanda ikiayalı ginkqo ağacı Lənkəran, Balakən, Zaqatala, Şəki və Abşeronda mədəni şəraitdə becərilir.Təxminən 1730-cu ildə ikiayalı ginkqo Qərbi Avropaya, 50 ildən sonra isə Şimali Amerikaya gətirilmişdir. "Ginkqo biloba "-nun elmi adını Karl Linney vermişdir. İngiltərə bağçılarından biri bu bitkini tebiətşünas Linneyə göndərmiş, 1771-ci ildə isə Linney bu bitkini "Ginkqo biloba" adı ilə elmi ədəbiyyata daxil etmişdir. Qədimdən ginkqo ağacları müqəddəs ağac kimi Yaponiyada, Çində və Koreyada qədim kilsələri əhatə edən bir çox parklarda becərilirdi. Hündürlüyü 40 m-ə çatır. May-iyun aylarında çiçəkləyir. Ginkqo toxumlarla və qələmlərlə asanlıqla çoxalır və yaşıllaşdırma üçün prespektivli bitki sayılır. İşıq, istisevən, havanın çirklənməsinə, göbələk və virus xəstəliklərinə davamlıdır, həşəratlarla az zədələnir. Yarpaqları yelpik şəklindədir və payızda gözəl görünür, qızıl rənginə çevrilir.
Əslən Şərqi Asiyadan gələn Ginkqo Avropa və Şimali Amerikada geniş şəkildə istehlak edilir.
Asiyada ağaclara yalnız dayanıqlı və gözəllikləri üçün dəyər verilməz, eyni zamanda tibdə də istifadə edilər. Ginkgo çayı xüsusilə son zamanlarda daha çox məşhurluq qazanıb. Ancaq ginkqo çay bitkilərinə aid olmadığı üçün gerçək bir çay deyil. Müalicəvi çay ən çox qan dövranını artırmaq üçün istifadə edilir. Sakitləşdirici təsiri vardır. Ginkqo yarpağının tərkibində çoxlu miqdarda flavonoidlər, diterpenlər, ginkgolitlər, bilobalit vardır. Zehni yaxşılaşdırıcı təsiri vardır.
Ginkqo yarpağından və ginkqo ekstraktından hazırlanmış kapsullar qida əlavəsi kimi geniş şəkildə istifadə edilir. Uşaqlar və böyüklər üçün hazırlanan sakitləşdirici dərmanların çoxunun tərkibində ginkqo ekstraktı vardır.
Ginkqo çayının içində nə var?
Ginkqo çayı, ginkqo ağacının qurudulmuş yarpaqlarından hazırlanır.
Bu maddələrin ginkqo yarpaqları və ağacı üçün xüsusi qoruyucu funksiyası var. Onu böcəklərdən qoruyur və hətta bakteriya, virus və göbələkləri uzaqlaşdırır. Ginkqo əslində xəstəliklərə və böcəklərə qarşı müqaviməti çox yüksək olan bir neçə bitkidən biridir.
Ginkqo çayı necə təsir göstərir?
Sağlamlığa 4 mühüm təsiri
1) Qan dövranına təsiri
Ginkqo yarpaqlarının xüsusi tərkibi qan sağlamlığına müsbət təsir edir. Qanın laxtalanmasını azaldır və beləcə qanın axma sürətini artırır. Dövran problemi olanlarda əllər və ayaqlar üşüyür. Bir fincan ginkqo çayı ilə qan dövranınızı sürətləndirə bilərsiniz.
2) Yaddaş performansına müsbət təsir edir
Ginkqo ağacının qurudulmuş yarpaqlarından hazırlanan çayın da yaddaşı yaxşılaşdırdığı haqda məlumatlar çoxdur.
Çaydan Alzheimer xəstəliyinin inkişaf etməsinə qarşı xüsusi təsir vasitəsi kimi istifadə edirlər. Amma bu, elmi olaraq sübut edilməmişdir. Laboratoriya testlərində yarpaqlardakı komponentlərin sinir hüceyrələrinin qorunmasında müsbət rol oynadığı və beyindəki siqnal ötürən maddələri dəstəklədiyi məlum olub. Bu səbəblə də Ginkqo çayı diqqət zəifliyində və diqqətin cəmləşməsində olan problemlərin aradan qaldırılmasında təsirlidir.
3) Anti-inflamatuar, iltihab əleyhinə təsiri var
Flavonoidlərin ümumi sağlamlıq üzərində müsbət təsirləri olur. Təbii bitki piqmentləri iltihab əleyhinə təsirə malikdir və bədəndəki iltihablanmanı sürətlə azaldır. Anti-inflamatuar təsirləri olan flavonoidlər həzm problemlərində də təsirlidir. Araşdırmaçılar flavonoidlərin qan təzyiqini aşağı saldığını qeyd ediblər. Bu səbəblə yüksək təzyiqin qarşısını təbii flavonoidlər baxımından zəngin, balanslı bir diyetlə almaq mümkündür. Ginkqo çayı bu mövzuda köməkçi ola bilər.
4) Yuxunu nizamlayır
Ginkqo yarpağı yuxusuzluq üçün təsirli təbii çarədir. Sakitləşdirici təsiri yüksəkdir. Araşdırmaçılar ginkqo ekstraktı istifadə edənlərdə yuxu pozğunluğu və depresiyanın yaxşılaşdığını müşahidə ediblər. Bu təsirin çaylarla müalicəsi isə hələlik elmi olaraq araşdırılmayıb. Ginkqonun əsrlərdir Şərq təbabətində geniş istifadə edildiyi isə danılmaz faktdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
01-09-2022