Bu bitkini hər kəs evdə yetişdirməlidir - Təbii şəkər


TurpKimi.com təbii şəkər bitkisi və arıqlamaq istəyənlərin bir nömrəli dostu olan STEVİA haqqında yazacaq.

bu-bitkini-her-kes-evde-yetisdirmelidir
08.04.2019 16:53 2 dəq oxuma

Bu bitkini ev şəraitində də yetişdirmək mümkündür. Təbii şəkər əvəzləyicisidir. Şəkərli-diabet xəstələrinin bir nömrəli bitkisidir. 

Stevia adlı möcüzəvi bitki şəkərdən 150 dəfə şirindir.

  Artıq uzun müddətdir ki, yaponlar steviadan qida və alkoqolsuz içki (Coca-Cola daxil olmaqla) istehsalında istifadə edirlər. Digər ölkələrdən fərqli olaraq, Yaponiya stevianın 40 faizindən çoxunu istehlak edir. Bu gün Şərqi Asiya ölkələrində, xüsusilə də Çində (1984-cü ildən), Koreya, Tayvan, Tayland və Malaziyada stevia, şirinləşdirici olaraq, içkilərdə və digər qida məhsullarında geniş istifadə olunur. “Şəkər otu”, “bal otu” adlandırılan stevia sözün əsl mənasında möcüzəli bitkidir . Steviozidin 50 qramı 10 kq şəkəri əvəz edə bilir. Həmçinin azkalorilidir, 100 qram steviada yalnız 18 kalori var. Stevianın kimyəvi tərkibi olduqca zəngindir. Burada efir yağları, E, B, D, C, PP vitaminləri, amin turşuları, dəmir, mis, kalium, fosfor, sink, selen, maqnezium və s. kimi orqanizm üçün vacib maddələr var.

Stevia şəkərdən daha faydalı hesab edilir. Bu səbəbdən son zamanlar sağlam həyat tərzi pərəstişkarları qidalanmada şəkəri stevia ilə əvəz edirlər. Stevia bitkisinin müalicəvi xüsusiyyətləri arasında:

-qanda şəkərin səviyyəsini tənzimləyir,
-arterial təzyiqi aşağı salır,
-qanda xolesterinin səviyyəsini aşağı salır, damarları aterosklerozdan qoruyur
-orqanizmi ziyanlı maddələrdən təmizləyir,
-iltihabları azaldır,
-bağırsaqlara antiseptik təsir göstərir,
-immun sistemini möhkəmləndirir,
-metabolik prosesləri sürətləndirir, arıqlamağa kömək edir,
-dərinin vəziyyətini yaxşılaşdırır,
-xərçəng xəstəliklərin inkişafından qoruyur.

Steviadan çox faydalı və dadlı çay hazırlamaq da olar. Bunun üçün 1 xörək qaşığı stevia yarpaqlarını 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənməli və adi çay kimi qəbul olunmalıdır. Bu içki iştahanı azaldır və bununla da arıqlamaq istəyənlərə kömək edir. Bəzi ölkələrdə stevia ekstraktı hazır məhsul kimi supermarketlərdə satılır.

Stevianı ev şəraitində də yetişdirmək çox asandır. Xüsusi qulluq tələb etməyən bitkidir.  

Vüsalə Əlövsətqızı, Turpkimi.com

loading...