Pulun hər bir insan üçün fərqli dəyəri və ya əhəmiyyəti var. Bəzi insanlar üçün pul sadəcə bir vasitədir.
Bu insanlar pul xərcləməyi sevirlər. Ancaq bəzi insanlar pula çox dəyər verirlər. Onlar pul xərcləyəndə dünyanın ən bədbəxt insanları olurlar. Pul xərcləməli olduqları istənilən vaxt onlara mənfi təsir göstərə bilər.
Astrologiyanın ən xəsis 4 bürcünü təqdim edirik:
Oğlaq bürcü
Oğlaqlar iddialı və çalışqan təbiətləri ilə hər zaman diqqət çəkirlər. Oğlaqlar pul qazanmağı sevirlər. Ancaq pul xərcləməyə gəlincə, onlardan bu performansı gözləmək olmaz. Çünki pul xərcləməyi sevmirlər. Onlardan hər şey istəyin, amma heç vaxt pul istəməyin. Xüsusilə borc almayın. Oğlaqlar pul xərcləmək üçün deyil, yığmaq üçün qazanırlar. Bu səbəbdən ondan səxavətli davranış gözləmək düzgün olmaz.
Əqrəb bürcü
Əqrəb bürcləri adətən əyləncəyə meyilli olurlar. Bu səbəbdən pul xərcləməyi sevdiklərini düşünmək olar. Lakin bu, belə deyil. Bu bürcün nümayəndələri hesablarını yaxşı edirlər. Əqrəblər ödəməyi deyil, ödətməyi sevirlər. Hesab ödənərkən bir addım geri dayanırlar. Əqrəb bürcləri dayanmadan işləməyi sevir. Bununla belə, qazandıqları pulu xərcləmək istəmirlər.
Qız bürcü
Qızlar həmişə mükəmməllik istəyirlər. Standartları həmişə yüksək olan bu bürclər istədiklərini əldə etmək üçün yorulmadan çalışırlar. Qızlar işləməyi və pul qazanmağı sevirlər. Məsələ pul xərcləməyə gələdə, onlar ortada görmürlər. Qızlar yalnız ehtiyaclarına uyğun xərcləyirlər. Hər qəpiyin qədrini bilən qızlar adətən çox xəsis olurlar.
Xərçəng bürcü
Xərçənglər həmişə evdə vaxt keçirmək istəyirlər. Xərçəngin həmişə evdə olmaq istəməsinin səbəblərindən biri də pul xərcləmək istəməmləridir. Bu bürcün nümayəndələri adətən biznesdə çox uğurlu olur və yaxşı pul qazanır. Lakin pul xərcləməkdə həmişə bir addım geri qalırar. Onlar pullarını son qəpiyə qədər saxlayırlar. Xərçənglər bu səbəbdən xəsis olaraq tanınır. //"baku.ws”