Bu bürclərlə evlənmək məsləhət deyil


Bəzi bürclər evlənərkən məsuliyyəti üzərinə götürməkdən və kiməsə bağlanmaqdan çox qorxurlar.

bu-burclerle-evlenmek-meslehet-deyil
18.05.2023 15:41 2 dəq oxuma

Bu bürclər nə qədər sevsələr də evlilik qərarı verə bilmirlər. Onlar evləndikdən sonra problemlər yaşamağa başlayırlar.

Balıqlar

Balıqlar ən emosional və həssas bürc kimi tanınır. Balıqlar evlənməyə qərar verərkən çox diqqətli olurlar. Onlar öz dünyalarında yaşayırlar. Nə qədər sevmək və sevilmək istəsələr də, həmişə evlilik məsuliyyətlərindən qaçırlar. Evlilikdə mümkün problemlərlə üzləşməyə cəsarətləri olmur. Balıqların xəyalları adətən qeyri-real görünür. Bu səbəbdən real dünyada qarşılaşdıqları insanlar gözləntilərini doğrultmur. Bu onların evlilikdən soyuması üçün kifayət edir.

Oxatan 

Oxatan bürcününü nümayəndələri macəraları çox sevir. Onlar həyatı həmişə hərəkətli və əyləncəli bir film kimi görürlər. Oxatan bürcləri son dərəcə sosialdır və çox asanlıqla dostluq qura bilirlər. Bir insana bağlı olmaq fikri həmişə onlara qorxulu gəlir. Oxatanlar hər zaman eyni yerdə yaşamaq fikrini belə qəbul etmirlər. Bu bürcdən olanlar evliliyi istədiklərini etməyə və arzularını həyata keçirməyə maneə olaraq görürlər. Bu səbəbdən evlilik onlara çox uzaq görünür. Evləndikdən sonra peşmanlıq çəkirlər.

Dolça 

Hər mövzuda müstəqil düşünə bilən dolçalar evlilik haqqında düşünmürlər. Dolça bürcünün azad ruhlu şəxsiyyətləri onların kiməsə bağlanmasına mane olur. Yalnız bir adamla yaşamaq fikri dolça bürcü üçün olduqcaçətin görünür. Onlar həmişə analitik düşünən insanlardır və böyük sevgi münasibətləri yaşasalar belə, həmişə məntiqli olmağı seçirlər. Bu vəziyyət onları evlilik fikrindən tamamilə uzaqlaşdırır.

Əkizlər 

Bu bürcün nümayəndələri ünsiyyət qurmağı və əylənməyi sevirlər. Əyləncə və həyəcan onlar üçün nəfəs almaq kimidir. Kimisə həyatına daxil etdikdə, onlarla əylənmək əkizlərin əsas məqsədidir. Lakin işlər ciddiləşdikdə əkizlər bürcü özündə böyük təzyiq hiss edir. Evlənmək və ömür boyu eyni insana bağlı qalmaq fikri onlar üçün qorxulu yuxu kimi görünür. Evlənsələr, sosial həyatlarının bitəcəyindən ehtiyat edirlər. Buna görə də, onların əla münasibətləri olsa da, evlilik onlar üçün çətin bir qərardır. (azxeber.com)