Anlaşmadığınız insanlarla düşmənçilik etdiyiniz zaman onlar son dərəcə qorxulu və zəhərli ola bilərlər.
Astrologiyada bəzi bürclər var ki, onlarla düşmənçilik etməmək lazım olduğu qeyd edilir.
BUĞA
Buğa astrologiyada ən inadkar bürc kimi tanınır. Onlar son dərəcə qəzəbli insanlara çevrilirlər və siz heç vaxt Buğa bürcünü qəzəbləndirməməlisiniz. Aranızda olan problemin qəzəb doğuracağını bildiyiniz halda onlara yaxınlaşmayın.
XƏRÇƏNG
Xərçəng bürcü adətən sakit və emosionaldır, lakin siz qəzəbləndiyiniz zaman Xərçəng sizi dərhal öz düşməni kimi qəbul edir və sizi emosiya fırtınası ilə doldurur. Xərçənglər qəzəbləndikləri zaman çox təhlükəli ola bilərlər. O, sizə hər şeyi izah etməyə çalışaraq hisslərinizi alt-üst edə bilər.
ƏQRƏB
Əqrəb bürclərinin qəzəbi şok edicidir. Əgər səni özlərinə düşmən görsələr, çəkinmədən istədiklərini edə bilərlər.
Əqrəb bürcündə kin çox olduğu üçün qisas almadan heç vaxt kimsəni tərk etməzlər. Hər hərəkəti planlı olan Əqrəb qisas almaq üçün doğru zamanı gözləyir. Bu səbəbdən Əqrəb bürcü ilə heç vaxt üz-üzə gəlməməlisiniz. /azxeber.com