Virus və mikroblarla mübarizə aparan içki...
Qış fəslində faydalı qidalanmaq və sağlam içkilərdən istifadə etmək çox vacibdir.
TurpKimi.com bildirir ki, portağal çayı və içinə atılan darçın hər dərdə dəva olan içkilərdəndir.
Belə ki, qış aylarında xəstələnmək istəməyənlər bol portağal yeməli və ya çayından içməlidir. Portağal şəkər xəstəliyi ilə mabarizə aparır. İmmun sistemini gücləndirən portağal sayəsində hazırda bütün dünyanı bürüyən koronavirusla da asanlıqla mübarizə aparmaq mümkündür.
Portağal qan təzyiqini normallaşdıraraq, qan azlığının müalicəsində də istifadə olunur.
Ürək sağlamlığı üçün ideal meyvə olan portağal və portağal suyu tərkibindəki mineral və vitaminlər sayəsində orqanizmi güclü və isti saxlamağa kömək edir.
Dəri üçün faydaları saymaqla bitməyən portağal və portağal çayını davamlı içdikdə həkim üzü görmərsiniz.
C və D vitaminləri ilə yanaşı, kalsium, kalium və təbii turşu və liflərlə zəngin olan portağal suyuna və ya çayına darçın əlavə etməklə faydasını ikiqat artırmış olarsınız.
Beləliklə, hər gün içəcəyiniz portağal çayına bir çubuq darçın əlavə etdikdə toksin və virusların orqanizmdə yığılmasının qarşısını almış olacaqsınız.
Antimikrobial təsiri olan darçın ağzın içindəki yaraları sürətlə sağaldır. Mədə turşuluğunu tarazlayaraq, yemək borusuna çıxmasının qaşırısını alır.
Bundan başqa, böyrək daşının yaranmasının qarşısını alan portağal çayı qəbizlik və ishala yaxşı təsir edir. Hər səhər acqarına portağal suyu içdikdə, bağırsaq mikroblarından qurtula bilərsiniz.
PORTAĞAL ÇAYI
Portağalın qabıqlarını qurudub və ya təzə halda xırda-xırda doğrayıb üzərinə 1 stəkan su əlavə edib qaynadın. Ocağın üstündən alıb içinə 1 çubuq darçın əlavə edin. İçinə həmçinin bir çay qaşığı bal da əlavə etmək olar. Gün ərzində içəcəyiniz qara və ya yaşıl çayın üzərinə də portağal qabığı əlavə edib birlikdə dəmləyə bilərsiniz. Çayınıza həm fayda, həm də ləzzət qatmış olacaqsınız.
Firuzə Alimova / TurpKimi.com