Bu dağda alpinistlərin mikrobları yaşayır - Bircə dəfə asqırmaq bəs edir


Dağ həmin mikrobları qoruyur...

bu-dagda-alpinistlerin-mikroblari-yasayir
23.03.2023 12:09 1 dəq oxuma

Hər il yüzlərlə alpinist dünyanın ən hündür nöqtəsi olan Everest dağının cənub tərəfindəki South Col bölgəsində düşərgə qurur. 

Everest zirvəsinə qalxdıqları üçün alpinistlər tərifəlayiq olsalar da, dağın soyuq hava şəraiti onların öskürək və asqırması ilə yayılan mikroblarını qoruyur.

Belə ki, Everestdəki ekstremal şəraitə baxmayaraq, tədqiqatçılar dağdakı bakteriya və göbələkləri yetişdirməyə nail olublar. Hərəkətsiz olan bu orqanizmlər külək və ya insanlar vasitəsilə daşına bilir.

Tədqiqatçılar bu səbəbdən stafilokok və streptokokk kimi burnumuzun və boğazımızın isti və nəm rahatlığına uyğunlaşan mikrobların bu bölgədə yaşaya bildiyini söyləyirlər. Hətta dağın mikrobiomunda da insan “imzası” aşkarlanıb. Bunlar kiminsə burnundan və ya öskürməsindən ortaya çıxa biləcək şeylərdir.

Qeyd edilir ki, ultrabənövşəyi işığın yüksək konsentrasiyası, soyuq temperatur və suyun olmaması hündürlükdə mikrobların ölümünə səbəb olur. Buna görə də belə sərt iqlimdə yalnız ən dözümlü orqanizmlər yaşaya bilir.

Firuzə Alimova / TurpKimi.com