Bu dərman koronavirusa qarşı effektli deyilmiş


Qrip əleyhinə istifadə olunan “Favipiravir” (həmçinin “Aviqan” kimi də tanınır) preparatının yeni koronavirus (COVID-19) infeksiyasının müalicəsində effektiv olmadığı müəyyənləşib.

bu-derman-koronavirusa-qarsi-effektli-deyilmis
10.07.2020 21:46 1 dəq oxuma

  “Kiodo” agentliyinin yaydığı məlumatda bildirilir ki, “Favipiravir” preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.
O da bildirilib ki, Yaponiyanın “Fujifilm Holdings” korporasiyası tərəfindən hazırlanmış “Favipiravir” preparatının klinik sınaqlarına bu ilin yazında başlanılmışdı. APA