Aspirin çürük dişləri müalicə edirmiş.
İnsanların çoxu sağlam dişlərə sahib olmaq üçün müxtəlif yollar axtarır. Sağlam dişlər üçün dişləri hər gün 2 dəfə fırçalamaq lazımdır, amma bu yetərli deyil. Bəzi möhkəmləndirici müalicələrin də faydası var.
Diş çürüməsinin qarşısını necə almaq olar?
Çürük diş müalicəsində alternativ bir üsul olan aspirin həm çürük dişləri müalicə edir, həm də çürüyün meydana gəlməsinə maneə törədir.
Uzun illərdir ağrıkəsici kimi istifadə etdiyimiz aspirinin çürük dişlər üzərində təsiri var.
TurpKimi.com xəbər verir ki, Şimali İrlandiyanın Belfast Queen's Universitetində aparılan araşdırmada aspirinin yüngül dozada qəbulunun dişləri yenilədiyi və çürükləri müalicə etdiyi məlum olub.
Dişlərin yenilənməsini təmin edir
Belfast Queen's Universitetində aparılan araşdırmada aspirinin diş kökündəki hüceyrələri xəbərdar edərək diş yenilənməsini təmin etdiyi təsbit edilib. Ən məşhur diş xəstəliyi olan çürük diş sinirinin iltihablanmasına və şiddətli diş ağrısına səbəb olur.
İngilis araşdırmaçılar aspirinin diş kökü hüceyrələrini təmir etməsiylə plomblara olan ehtiyacın ortadan qaldıracağına inanır. Araşdırmada aspirinin diş kök hüceyrələrinin funksiyasını artıra biləcəyi və ziyanlı dişin özünü müalicə etməyə kömək edəcəyi göstərilir.
Diş çürüməsinin qarşısı necə alına bilər?
Gündə ən azı 2 dəfə diş fırçalayaraq yeməklərdən sonra yaranan ləkələrdən xilas olmaq mümkündür.
Yemək artıqları dişlərin çiynəmə səthlərində, dişlərin bir-birinə dəydiyi sahələrdə və dil səthində yığıldığı üçün diş fırçaları kiçik başlıqlı seçilməli və ağız gigiyenası bu fırçalarla təmin edilməlidir.
Ftorlu diş pastası seçilərək dişlərin qorunmasına kömək edə bilərik.
Diş pastası su ilə isladılmadan quru diş fırçası üzərinə sürtülməlidir.
Diş fırçalamaqdan başqa, həftədə bir dəfə diş ipindən istifadə edilməlidir.Spirtsiz qarqara suları ilə qarqara etmək də unudulmamalıdır.
Şəkərli qidaların istehlakı azaldılmalıdır.
Qazlı içkilərdən mümkün qədər uzaq durulmalıdır.
Siqaret və spirt kimi zərərli vərdişlərdən imtina edilməlidir.
Yapışqanlı, jelatinli qidalar qəti olmaz.
6 aydan bir dişlər müayinə edilməlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
11-05-2020