Bu dərmanları özbaşına almayın!


Ətrafımızda həkim müayinəsindən keçmədən birbaşa apteklərdən müxtəlif iynə-dərman alan bir çox insana rast gəlirik.

bu-dermanlari-ozbasina-almayin
17.02.2023 20:03 1 dəq oxuma

 Səhhətlərində yaranan problemi dəqiqləşdirmək və ona uyğun müalicə almaq əvəzinə vətəndaşlar apteklərdən kimlərinsə sözü ilə dərman almağa üstünlük verirlər.

Bu kimi hallar insanların səhhətində ağırlaşma və əlavə çətinliklər yaranması ilə nəticələnir. İnfeksionit Natiqə Qocayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, həkim təyinatı olmadan apteklərdən dərman alaraq qəbul etmək, hətta ölümlə nəticələnə bilər:

"Birmənalı şəkildə antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə olunmalıdır. Əvvəlcə bakterioloji müayinə götürülməlidir. Bakterioloji müayinə hansı antibiotikə həssasdırsa, bundan sonra təyin oluna bilər.

Adətən resperator xəstəliklər çoxalan dövrdə qızdırmanın başlanğıc dövründə antibiotik istifadəsi düzgün deyil. Ancaq həkim təyinatı ilə bu dərmanlardan istifadə etmək olar. Bakterial ağırlaşma zamanı və həkim təyinatı ilə antibiotiklərə üz tutmaq olar. Antibiotiklərdən lazımsız və özbaşına istifadə insanlarda şok yarada və ölümə belə səbəb ola bilər.

Digər problemli hal vətəndaşların özbaşına vitaminlər qəbul etməsidir. 50 yaşdan yuxarı şəxslərə vitamin analizi yoxlanmamış hər hansı vitamini qəbul etməsi təhlükəlidir. Bəzən insanlarda bu dərmanlar onkoloji prosesin sürətlənməsinə səbəb olur. Vitaminlərdən həddən artıq istifadə də insanlarda xəstəlik yaradır. Xüsusən koronavirus xəstələri özbaşına vitamin qəbul etdikdən sonra onlarda böyük fəsadlarla nəticələnir. Elə xəstələr olur ki, onlar daima ürək bulanmasından əziyyət çəkir. Analiz nəticəsində bədənlərində B12 vitaminlərinin çox olması üzə çıxır".