Bu əlamətlər varsa... - Mütləq həkimə müraciət edin!


 İnsulin dirənci ilə bağlı əlamətləri hiss etdinizsə, mütləq endokrinoloqa müraciət etmək lazımdır.

bu-elametler-varsa
22.06.2019 23:26 1 dəq oxuma

Alimlər insulin dirənci ilə xərçəng arasında müəyyən əlaqə olduğunu uzun illərdir diqqət mərkəzində saxlayırlar. 

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  mütəxəssislər insulin dirənci ilə döş, böyrək , prostat və uşaqlıq yolu xərçəngi  arasında güclü bir əlaqə olduğunu bildiriblər.  

 İnsulin dirəncinin əlamətləri bunlardır:
 
- Ağır yeməkdən sonra, şəkərli qida yedikdən sonra həddindən artıq ağırlıq hissi, yuxululuq  yaranarsa;
 
-  Yeməkdən sonra şəkərin qəfl düşməyə başlaması,  əl əsməsi, tərləmə müşahidə edilərsə;
 
 - Mədə çəkilmə şikayətləri və kiloda artıma  nəzarət edilə bilinmirsə;
 
 - Tez-tez şirin yemə istəyi, yorğunluq hissi;
 
 - Bel dairəsinin getdikcə genişlənməsi;
 
 - "Akantozis Nigrikans" deyilən xüsusilə qoltuq altı, qasıq, boyun bölgələrində qaralma və rəngində qəhvəyiləşmə olarsa;
 
-  Qaraciyərdə piylənmə, kilo artımı və kilo vermədə çətinlik şikayətləri;
 
 - Qadınlarda adət düzənsizliyi;
 
 - Yorğunluq və halsızlıq hissi;
 
 - Yuxusuzluq;
 
 - Qan yağlarında fəsadlar;
 
- Diqqətin bir yerə cəmləşdirməsində  və düşünmədə qüsurlar; - kimi hallar müşahidə edilərsə ,mütləq endokrinoloqa müraciət etməkdə fayda var. 
 
Vüsalə Əlövsətqızı, TurpKimi.com