Bu əməliyyatlar da pulsuz olacaq


İcbari tibbi sığorta üzrə xidmətlər zərfində 2500-dən artıq xidmətlər var idi. Orada daha çox ölümə səbəb olan, ən çox yayılmış xəstəliklər nəzərə alınmışdır.

bu-emeliyyatlar-da-pulsuz-olacaq
25.02.2022 20:13 1 dəq oxuma

Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, bir il işlədikdən sonra biz gördük ki, xidmətlər zərfində ürək əməliyyatları, ürək qapaqlarının dəyişdirilməsi nəzərdə tutulmamışdı.

"Onlar kifayət qədər böyük vəsait tələb edən əməliyyatlardır. Ona görə də biz onları da yeni xidmətlər zərfinə daxil etdik. Hazırda bu məsələ razılaşmadadır və bir neçə nazirlikdən keçdikdən sonra Nazirlər Kabineti onu təsdiqləyəcək, - deyə Z.Əliyev bildirib.

TurpKimi.com