Bu gün Azərbaycana qış fəsli daxil olur


İlin ən qısa gündüzü yaşanacaq...

bu-gun-azerbaycana-qis-fesli-daxil-olur
21.12.2020 11:26 1 dəq oxuma

Azərbaycana qış fəsli bu gün saat 14:02:18-də daxil olacaq.

Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd edilir ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.

TurpKimi.com