Qətər 12 ildir dünya kubokuna gör necə hazırlaşıb...
Qətərdə 20 noyabr - 18 dekabr 2022-ci il tarixində keçiriləcək Futbol üzrə Dünya Çempionatının indiyə qədər keçirilən ən bahalı Dünya Kuboku olacağı qeyd olunub.
Bu barədə “Bloomberg” məlumat dərc edib. Məlumatda qeyd edilib ki, Qətər çempionatın təşkil edilməsi üçün 12 ildə 300 milyard dollar vəsait xərcləyib.
Belə ki, Yaxın Şərqdə keçiriləcək ilk Dünya Kubokunda 1 milyondan çox azarkeşi qəbul edə bilmək üçün Qətərin paytaxtı Dohada yeni otel və stadionlar tikilib. Dünya Kubokuna hazırlıqlar çərçivəsində 7 yeni futbol stadionu, stadionların inteqrasiyası üçün metro, hava limanı, otel, xəstəxana və ticarət mərkəzləri inşa edilib.
Xatırladaq ki, 2018-ci ildə futbol üzrə Dünya Kubokuna ev sahibliyi edən Rusiya 11,6 milyard dollar vəsait xərcləmişdi.
Qətərdə keçirilməsi planlaşdırılan dünya çempionatından təxminən 5,4 milyard dollar gəlirin əldə edilməsi gözlənilir.
Həmçinin axırıncı dəfə keçirilən futbol üzrə dünya çempionatını ekrandan təqribən 3,6 milyard insan izlədiyi halda, Qətərdəki oyunda bu rəqəmin daha çox olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Qətər-Ekvador matçıyla start götürəcək 2022 FİFA Dünya Çempionatı 200-dən çox ölkədə yayəmlanacaq.
Firuzə Alimova / TurpKimi.com