Bu halı yaşayan gənc qızlar evə qapadılır, alt geyimləri... - Dünyada “ilk adət” ənənələri


Kimisi üçün bayram, kimisi üçün kabus olur...

bu-hali-yasayan-genc-qizlar-eve-qapadilir-alt-geyimleri
25.03.2021 01:08 3 dəq oxuma

İlk dəfə adət halı (aybaşı) görən qız uşaqları üçün dünyanın müxtəlif yerlərində fərqli adət-ənənələr mövcuddur.

TurpKimi.com bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.

Qız uşağının inkişaf dövrünə girməsi ilk adət halı (aybaşı) ilə bəlli olur. Bu, qədim zamanlardan müxtəlif üsullarla mükafatlandırılarmış. Bir çox yerlərdə qadınlığı mükafatlandırılan gənc qızlar xoşbəxt olduqları halda, coğrafiyanın bəzi yerlərində adət halı qız uşaqları üçün dəhşətli bir kabusa çevirilərmiş.

Cənubi Hindistanda aybaşı olan qız uşaqları artıq hamilə qala bilərlər deyə, onları evdə saxlayır və oğlanlarla söhbət etməyə icazə vermirlər. Eyniylə, Tayvanda da ilk dəfə aybaşı olan qızlar məbədlərə gedə bilmir və evdən bayıra çıxmırlar.

Türkiyədə ilk adətini görən qız uşaqlarına şillə vurulur. Həmçinin Fransa, Əfqanıstan və İsrail kimi ölkələrdə də belə bir ənənə var. Bəziləri bunu yanaqlarda qırmızılığın daim olması üçün, bəziləri də “artıq gənc bir qadınsan, hər şeyə hazır olmalısan" kimi məna verir. 

Misir, Şri-Lanka və Cənubi Afrikada bu hal xüsusi bayram şəklində qeyd edilir. Bu ölkələrdə ilk dəfə adət halı olan gənc qız üçün şənlik keçirilir, hədiyyələr hazırlanır. Hətta ailə üzvləri tərəfindən qız çimizdirilir, gözəl geyim və bəzək əşyaları ilə bəzədilir. Cənubi Afrikada isə şənliyinin səbəbkarından 3 gün evdən bayıra çıxmaması, oğlan və uşaqlarla danışmaması istənilir.

Avstraliyanın qədim yerli qəbilələrində ilk dəfə aybaşı olan qız uşağı üçün xüsusi çadır hazırlanır. Gənc qız aybaşı olub qurtarana kimi həmin çadırın içindən çölə çıxmır. Adət halı qurtarandan sonra həmin çadır yandırılır, qız isə çayda çimizdirilir. Bu rituallar qurtarandan sonra öz evinə geri qayıdan qızı dərhal evlənəcəyi oğlanla nişanlayırlar.

İtaliyada bir gənc qız ilk adətini yaşayanda onun üçün ailə daxilində şənlik keçirilir. Artıq ona qız uşağı deyil, "gənc qadın" mənasını verən “sinyorina” kimi xitab edirlər. Eyni ənənə Braziliyada da keçərlidir.

Filippinlilərdə analar ilk dəfə adət olan qızlarının alt geyimini alıb yüngülcə yuyur və yetkinlik civzələrindən qurtulmaları üçün üzünə sürtürlər.

İsraildə isə ilk dəfə adət olan gənc qızlara bir qaşıq bal yedizdirilir. Bununla onlar gələcəkdə adət halı yaşayarkən çətinlik çəkməyəcəklərinə inanırlar.

Xorvatiyada gənc qızlar ailənin böyükləri tərəfindən bir qədəh şəraba qonaq edilirlər.

Makedoniyada isə bu hal, “artıq böyüdün və məsuliyyət sahibisən” mənasını daşıdığı üçün, bundan sonra qız alt geyimlərini özü yumağa başlayacaq.

Qanada isə ilk dəfə adət halı olan qız üçün yumurta qaynadılır və qızın həmin yumurtanı udması istənilir. Onların adətinə görə, bu, gələcəkdə doğulacaq uşaqların sağlam olması üçündür.

Braziliya, Kolumbiya və Peruda yaşayan Amazon Tikuna qəbiləsində yaşayan qız uşaqları 3 ay ilə 1 il arasında xüsusi bir otaqda qalırlar. Gənc qız həmin müddət ərzində qəbiləsinin inanclarını, mədəniyyətini, tarix və müsiqisini öyrənir. Həmin müddət xüsusi şənlik ilə sonlandırılır.

Firuzə Alimova / TurpKimi.com