4 gün ardıcıl istirahət...
Bu həftəsonundan etibarən Azərbaycanda bayram tətili başlayır.
TurpKimi.com xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 2 və 3-ü Ramazan bayramı qeyd ediləcək.
Bununla da vətəndaşlar bu həftəsonundan etibarən 4 gün ərzində istirahət edə biləcəklər.
Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyündən növbəti iş günü çərşənbə, yəni üçüncü gün olacaq.
TurpKimi.com