Gün ərzində davranışlarımızın və vərdişlərimizin ömrümüzü qısaltdığını bilirsiz?
TurpKimi.com insan ömrünü qısaldan vərdişlərin siyahısını təqdim edir:
Sosiallaşmamaq
Utancaq və ya özünüzə qapanmısınızsa, başınıza gələcəkləri diqqətə almağa dəyər. Mütəxəssislərin bildirdiyinə görə, özünəqapanmaq ən azı siqaret və içki qədər orqanizmə mənfi enerji verir. Sosiallaşmaq, dostlarla ünsiyyətdə olmaq, cəmiyyət arasına çıxmaq, alış-veriş etmək orqanizmin bünyəsini gücləndirir.
Cinsi sağlamlığa diqqət
Müxtəlif bəhanələrlə cinsi istəksizliyə meyilli olmaq orqanizmə zərərlidir. Cinsi yaşam tərzinin bitməsi hormonların balansına ciddi şəkildə təsir göstərir.
Düşüncəsiz insanlar
İstər iş həyatında, istərsə də sosial həyatda düşüncəsiz, kobud nsanlara tez-tez rast gəlirik. Mütəxəssislərin araşdırmalarına görə, kobud insanlarla işləmək insan sağlamlığına zərər verir. Burada iki çıxış yolu var. Ya belə insanlardan uzaq durursunuz, ya da onlarla dil tapırsınız.
Yuxu pozğunluğu
Ömrü qısaldan şeylərdən biri də az yatmaq və ya yuxu pozğunluğudur. İnsan sutkada 7-8 saat yuxu yatmalıdır. Az yuxu orqanizmin müqavimətini azaldır, təzyiq, ürək-damar xəstəlikərinin yaranmasına təkan verir. Mütəxəssislərin gəldikləri nəticəyə əsasən hər gün eyni saatda yatmaq vücudun dincini tam alması üçün önəmlidir. Yuxudan 2-3 saat qabaq yemək və içməkdən imtina edilməli, elektronik əşyalardan uzaq durulmalıdır.
Hərəkətsiz qalmaq
Gündə 3 saatdan artıq hərəkətsiz oturmaq insan ömrünü qısaldır. Oturmaq xərçəng, ürək xəstəlikləri, yüksək təzyiq riskini artıran amillərdən biridir. Mütəxəssislərə görə gündə insan ən az 30 dəqiiqə aktiv olmalıdır. Maksimum şəkildə insan hərəkətli gün keçirməlidir. Ofis şəraitində çalışanlar telefonla ayaqüstə danışmaq, imeyl yazmaq əvəzinə yazacağınız şeyi birbaşa gedib deməyi üstün tutmaqla hərəkət edəbilər.
Gülməyi unutmaq
Gülmək hələki ən ucuz dərmandır. İnsan sağlamlığı üçün unudulmaz terapiya olan gülmək ürək xəstəlikləri riskini azaldır, stresi yox edir, immuniteti möhkəmləndirir.
Səhər yeməyini yeməmək
Səhər yeməyini yeməyən insanlar daha çox çəki problemi ilə üzləşirlər. Çünki səhər enerjini düzgün almayan orqanizmdə metabolizma yavaşıyır. Bu da gün ərzində daha çox yemək istəyini artırır. Nəticədə həm sistemsiz, həm da lazım olmayan qidaların qəbulu müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Vüsalə Əlövsətqızı, TurpKimi.com