Bu hissləri yaşayanlar karbohidratlı qidalar yeyir


Müvəqqəti rahatlıq tapmaq üçün tox da olanda yemək...

bu-hissleri-yasayanlar-karbohidratli-qidalar-yeyir
10.10.2022 00:22 1 dəq oxuma

Mənfi hisslər daşıyan insanların karbohidratlı və yağlı qidalara üstünlük verdiyi və buna ən çox gənc qadınların meyilli olduğu bildirilir.

TurpKimi.com bildirir ki, bu barədə türkiyəli psixiatr Dr.Karaca ətraflı məlumat verib. O bildirib ki, qidalanma tərzi insanların duyğusal vəziyyətlərindən çox asılıdır. Belə ki, qəbul edilən qidalar insanın beynində həzz və rahatlıq hissini təmin edən kimyəvi maddələr serotonin və dopamini artırır.

Özlərini qəzəbli, kədərli, günahkar, sıxıntılı, narahat, qorxu və ümidsiz hiss edən kəslər həzz artıran hormonları işə salmaq üçün yemək yeməyə meyilli olurlar və bununla da müvəqqəti rahatlıq tapırlar.

Uşaqlıqdan sevgi, diqqət və qayğı görməyən, ehtiyacları lazımi səviyyədə qarşılanmayan insanların bu pozulmalara meyilli olduğu qeyd edilir. Psixiatr bildirib ki, bu insanlarda özünəinam aşağı olur, insanlarla əlaqə qurmaq, tək qalmaq qorxusu, hisslərini boğmaq, idarə etmək kimi çətinliklər müşahidə edilir.

Emossional yemək pozulmalarında insanın tox halda belə yeyə biləcəyini ifadə edən Dr.Karaca onu buna sövq edən vəziyyətin mənfi duyğular olduğunu və psixoloqun köməyi ilə insanı narahat edən hisslərdən xilas olmağın vacibliyini vurğulayıb.

Firuzə Alimova / TurpKimi.com