Bu il Azərbaycanda neçə üçəm doğulub? - Statistika


Bu il Azərbaycanda 584 əkiz, 12 üçəm doğulub.

bu-il-azerbaycanda-nece-ucem-dogulub
17.04.2020 18:32 1 dəq oxuma

Cari ilin ilk iki ayı ərzində Azərbaycanda doğulan körpələrin sayı məlum olub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə bu göstərici 13,7 təşkil edib. Körpələrdən 584-ü əkiz, 12-si isə üçəm doğulanlardır.

TurpKimi.com