Bu il məktəblərdə "Son zəng" keçiriləcək? - Nazirdən açıqlama


Yoluxma sayında azalma olduğu üçün...

bu-il-mekteblerde-son-zeng-kecirilecek-1
13.04.2022 11:29 1 dəq oxuma

Təhsil naziri Emin Əmrullayev bu tədris ilinin sonu üçün məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi barədə danışıb.

TurpKimi.com Report.az-a istinadla xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə danışmaq tezdir.

O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var:

"Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir".

TurpKimi.com