Bu il nə qədər ekiz və üçəm doğulub?


Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106 569 doğulan körpə qeydə alınıb.

bu-il-ne-qeder-ekiz-ve-ucem-dogulub
16.12.2020 15:18 1 dəq oxuma

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,8 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 2 842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.