Bu ilin ilk Günəş tutulması olub.
Tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb və saat 13:34-də sona çatıb.
Tutulmanın maksimum həddi saat 10:41-də olub. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edib.
Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə edilib. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olub. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görüblər.
Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunub. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edib.