Bu ilki Ramazan ayının təqvimi - CƏDVƏL


Allah bütün oruc və niyyətləri qəbul etsin!

bu-ilki-ramazan-ayinin-teqvimi
04.05.2019 14:52 1 dəq oxuma

QMİ Ramazan ayının təqvimini açıqlayıb.

TurpKimi.com bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub. 

Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi). Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır. 

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür. Ramazan bayramı iyunun 5-6-na təsadüf edir.