Xüsusən də, xurma və kişmişi...
“Diabet və mədə-bağırsaq traktında problemləri olan insanlar quru meyvələrdən imtina etməlidirlər”.
TurpKimi.com bildirir ki, bunu diyetoloq İrina Pisareva NEWS.ru-ya bildirib. Onun sözlərinə görə, ən yaxşısı xurma və kişmişi qida rasionundan çıxarmaqdır.
“Xüsusilə, kişmiş və xurmanı qida rasionundan xaric etmək yaxşıdır, onlar kifayət qədər yüksək glisemik indeksə malikdirlər - qidadakı karbohidratların qanda qlükoza səviyyələrindəki dəyişikliklərə təsirinin göstəricisidir”, - həkim izah edib.
Pisareva quru meyvələri çəki ilə almamağı da tövsiyə edib. O qeyd edib ki, məhsulların qablaşdırılmasında istifadə olunan vasitələrin nə qədər təmiz və emaldan keçdiyi, eləcə də qurudulmuş meyvələrin kisələrdə nə qədər müddət saxlandığı məlum deyil. Mütəxəssis bildirib ki, belə qurudulmuş meyvələrin tərkibində bağırsaq pozğunluğuna, allergiya və hətta qida zəhərlənməsinə səbəb olan mikroorqanizmlər ola bilər.
Firuzə Alimova / TURPKİMİ.COM