Bu kür qarnı düzləşdirəcək


Göbək nahiyəsində olan yağları əritmək bir az çətindir, amma mümkündür. 

bu-kur-qarni-duzlesdirecek
12.12.2023 23:32 1 dəq oxuma

TurpKimi.com xanımlar tərəfindən sınanmış və nəticəsi olan güclü kürlərdən birini paylaşır. 

Ümumilikdə qarın ətrafında olan yağlanma yüksək miqdarda karbohidrat qəbulu, xüsusilə gecə saatlarında yeyilən yeməklərdən qaynaqlanır.  

Daha yaxşı nəticə əldə etmək üçün kalori alışını gün ərzində maksimum səviyyədə tutub, gecə isə minimuma endirmək çox əhəmiyyətlidir.

Xüsusilə xanımlar qeysəriyyə əməliyyatından sonra göbək yağlarından bu kür vasitəsilə xilas ola bilərlər.  

Ərzaqlar:

3 yemək qaşığı qatıq
2 çay qaşığı buğda rüşeymi  (buğdanın ən üst hissəsi)
2 ədəd incə-incə dilimlənmiş  ərik qurusu (sezonda ərik)

Bu ərzaqları bir-birilə qatışdırıb yatmazdan 2 saat əvvəl yemək lazımdır və 7 gün təkrar edilir. 

Nəticəni tez bir zamanda əldə etmək istəyirsinizsə qidalanma tərzinizə və idmanla məşğul omağa ciddi fikir verin. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com