Əhaliyə XƏBƏRDARLIQ
Son zamanlar kiberdələduzlar tərəfindən müxtəlif tanınmış beynəlxalq şirkətlər adından vətəndaşlara saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlar göndərilir.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Növbəti mərhələdə kiberdələduzlar müxtəlif saxta veb səhifələr yaradaraq, vətəndaşlardan öz fərdi məlumatlarını və bank kartı məlumatlarını təqdim etməyi tələb edir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə aldanmamağı, tanımadıqları şəxslərdən gələn şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını, eləcə də bank kartı məlumatlarını daxil etməməyi tövsiyə edir.
Vətəndaşlar hər hansı şirkət və qurum adından belə təkliflər aldıqda ilkin olaraq həmin müəssisə ilə əlaqə saxlamalı və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyünü dəqiqləşdirməlidirlər.
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə yazılıb:
"Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun. "Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın!
Belə linklərə klikləməyin, şəxsi məlumatlarınızı paylaşmayın, heç bir ödəniş etməyin".
TurpKimi.com