Bu meyvə bədəni təpədən dırnağa qədər təmizləyir


Əsəbi olan insanların sakitləşmələri üçün yeyəcəyi bir meyvə...

bu-meyve-bedeni-tepeden-dirnaga-qeder-temizleyir
16.03.2020 21:05 1 dəq oxuma

Antioksidant qaynağı olan innab kasiumla zəngin qidalar arasında birinci yerdə durur. Xalq arasında “həkim” olaraq adlandırılan innabın faydaları sadalamaqla bitmir.

TurpKimi.com bildirir ki, innab möhkəmliyi ilə tanınan innab ağacının meyvəsidir.  Bu meyvə ilə bağlı dünyada çoxlu sayda araşdırmalar aparılıb. Ortaya çıxan nəticələr bu meyvənin sağlamlığın əsas qaynağı olduğunu sübut edib.

Araşdırmalar innab meyvəsinin xərçəngin qarşısını ala biləcək özəlliyə sahib olduğunu aşkar edib. İnnabın tərkibində saponinlər, polisaxaridlər və flavonoidlər var. Bu zəngin tərkibi ilə təbii sakitləşdiricidir.

İnnab antioksidant və yüksək C vitamini qaynağıdır. A vitamini ilə də çox zəngin olan bu meyvə immun sistemini gücləndirir.

Bağırsaq problemlərinə müsbət təsir göstərərək qəbizliyi müalicə edir.

İnnab kaliumla çox zəngindir. 1 fincan innab suyu gündəlik kaliuma olan ehtiyacımızın 15 faizini qarşılayır.

Araşdırmalara görə, innab təbii antidepressantdır. Həmçinin antioksidantlarla dolu olan innab bu özəlliyi ilə yaşlanmanın göstəricilərini yox edir. Bu meyvədən alternativ tibdə günəş yanıqları, dəridəki qızartılar üçün istifadə olunur.

Kalorisi az olan bu meyvə dieta saxlayanlar üçün gözəl qidalanma vasitəsidir. İnnab tərkibindəki kalsium və fosfor ilə sümüklərin güclənməsinə kömək edir. Eyni zamanda dişlərin sağlamlığını qoruyur.

Firuzə Alimova / TurpKimi.com

loading...